Icma.az
close
up
RU
Naxçıvanda “Konstitusiya, Suverenlik və yeni siyasi konfiqurasiya: tarixi irs, müasir çağırışlar, gələcəyə baxış” adlı kitabın təqdimatı keçirilib

Naxçıvanda “Konstitusiya, Suverenlik və yeni siyasi konfiqurasiya: tarixi irs, müasir çağırışlar, gələcəyə baxış” adlı kitabın təqdimatı keçirilib

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovun məsləhətçisi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Arzu Abdullayevin müəllifi olduğu “Konstitusiya, Suverenlik və yeni siyasi konfiqurasiya: tarixi irs, müasir çağırışlar, gələcəyə baxış” adlı kitabın təqdimatı keçirilib.

Əvvəlcə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev tədbir iştirakçılarını salamlayıb, kitab haqqında fikirlərini bölüşərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunub. Bu məqsədlə ötən il elmi, mədəni, ictimai-siyasi istiqamətlərdə silsilə tədbirlər həyata keçirilib, elmi-publisist nəşrlər işıq üzü görüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Arzu Abdullayevin müəllifi olduğu “Konstitusiya, Suverenlik və yeni siyasi konfiqurasiya: tarixi irs, müasir çağırışlar, gələcəyə baxış” adlı kitabını bu tədbirlərin elmi yekunu kimi dəyərləndirmək olar. Kitabda Azərbaycanın çağdaş siyasi tarixinə yeni missiya ilə daxil olan Prezident cənab İlham Əliyevin milli dövlət quruculuğu və siyasi idarəçiliyinin şərəfli mərhələsinə konseptual elmi və tarixi şərh verilib. Müəllifin uzunmüddətli araşdırmalarının nəticəsi kimi ərsəyə gələn nəşr həm elmi tədqiqatçılar üçün fundamental baza, həm də tələbələr üçün dəyərli dərs vəsaiti kimi mühüm əhəmiyyətə malikdir.

Giriş sözü ilə çıxış edən Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev qeyd edib ki, “Konstitusiya, Suverenlik və yeni siyasi konfiqurasiya: tarixi irs, müasir çağırışlar, gələcəyə baxış” adlı kitab tarixi proseslərin gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm elmi fəaliyyət kimi qiymətləndirilə bilər. Nəşr xalqımızın milli ruhundan qaynaqlanan konstitusiya, suverenlik və siyasi sistem quruculuğu tarixindən bəhs edən mühüm elmi töhfədir. 

Elşad Əliyev vurğulayıb ki, kitabda Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan milli inkişaf strategiyasının real nəticələri olaraq, son 30 ildən artıq dövrdə respublikamızda həyata keçirilmiş iqtisadi, sosial, siyasi və hüquqi quruculuq proseslərinin inkişaf yolu əhatəli şəkildə təhlil olunur. Kitabın “Konstitusiya və Suverenlik İli”ndə yazıya alınması xüsusi rəmzi məna daşıyır. Müəllif Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın çağdaş siyasi tarixində formalaşan yeni mərhələyə elmi və konseptual yanaşma təqdim edir.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Müslüm Cabbarzadə çıxış edərək kitabın həm elmi, həm tarixi, həm də yeni siyasi konfiqurasiya baxımından yüksək elmi-tədqiqat əsəri kimi dəyərləndiriblər. Qeyd olunub ki, nəşr oxucuda Azərbaycanın siyasi tarixi, dünəni, bu günü və gələcəyi barədə yekdil fikir formalaşdırmağa imkan verir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Arzu Abdullayev müəllifi olduğu kitabın təqdimatına, səslənən fikirlərə görə təşəkkür edib, nəşrin ölkə başçısı cənab İlham Əliyevin Naxçıvana olan yüksək diqqət və qayğısına minnətdarlığın kiçik ifadəsi olduğunu vurğulayıb. Qeyd olunub ki, kitabın məsləhətçisi Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovdur. Kitabın elmi redaktoru Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, hüquq elmləri üzrə fəlsəfə doktoru, professor Ziyafət Əsgərov, ön sözün müəllifi Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, AMEA-nın müxbir üzvü Musa Qasımlı, rəyçiləri isə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadədir.

Sonda xatirə şəkli çəkdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:42
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Yanvar 2026 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see263

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see253

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see240

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see233

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see231

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see219

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see211

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see208

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see191

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see186

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see180

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see180

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see179

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see160

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see159

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see143

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri