Icma.az
close
up
RU
Manipulyativ təsəlli çıxışları və ya marginal qrupun sözçüsünə çevrilmək

Manipulyativ təsəlli çıxışları və ya marginal qrupun sözçüsünə çevrilmək

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

COP29-a sayılı günlər qalır. Bugünlərdə Azərbaycanın öz suverenliyini, ərazi bütövlüyünü təminindən narahat olanlar da öz kampanyalarını genişləndirməyə çəhd etməkdədirlər.

Avropanın bəzi dövlət və dairələrinin təmsilçiləri, eləcə də ABŞ-dən bu kampaniyanın təşkilatçıları anti-Azərbaycan kampaniyalarının sıralarını artırmaq, kəmiyyət sayına nail olmaq istəyirlər. Bütün güclərini buna sərf edirlər.

Bununla bəşəri bir tədbirə qarşı başladılan bu kampaniyanın arxasında duranların nə qədər çirkin niyyətlərinin olduğu bir daha üzə çıxır. Dünyanı müharibə meydanına çevirən bu qüvvələr üçün heç bir bəşəri dəyər yoxdur. Öz marginal maraqları onlar üçün dünyadakı iqlim dəyişikliklərindən də, dünya əhalisinin bundan çəkdiyi əziyyətlərdən də vacibdir. Ukraynadan Yaxın Şərqə qədər bütün dünyanı oda bürüyən bu BELLONAlar Cənubi Qafqazda müharibənin bitməsini, Azərbaycanın qələbəsini üstündən 4 il keçsə də, qəbul edə bilmirlər.

30 illik işğala göz yumanlar, ATƏT-in Minsk Qrupu formasında təşrif buyurub, Azərbaycanı məğlubiyyətə sürükləmək istəyənlər indi başqa formada təzyiqlərini davam etdirirlər. Qarabağ, Şərqi Zəngəzur azad edilməyib, Qarabağda 30 illik hərbi cinayətlərin başında duranlar tutulmasaydı, bizə qarşı bu saxta ittihamlar səsləndirilməyəcəkdi. Əksinə, COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkürlər bitməyəcəkdi.

Bütün ittihamların alt qatında olan Azərbaycanın 2020-ci il Zəfəri və 2023-cü ildə keçirilən antiterror əməliyyatı, Qarabağın işğaldan azad edilməsi və erməni hərbi cinayətkarların həbsidir. Azərbaycana qarşı saxta ittihamlar səsləndirməkdə israrlı olan bu qrup Avropa Parlamentindən ABŞ Konqresinə qədər uzanır. Onlara qoşulan “yerlilərimiz” də özünü müxalifət kimi yox, bu qrupun sözçüsü – TUTUQUŞUsu kimi aparır.

Dünyanın qəbul etdiyi qaydalarda müxalifətçiliyin öz standartları var. Müxalifət siyasi hakimiyyətə qarşı mübarizə aparır, onun proqram və fəaliyyətini tənqid edib, xalqı inandırıb, hakimiyyətə gəlir. Dövlətə və dövlətçliliyə, ərazi bütünlüyünə, torpaqların işğaldan azad edilməsinə qarşı dirəniş göstərən xarici güclərin marginal maraqlarının ifadəçisinə çevrilmir. Təəssüf ki, bu gün Azərbaycanın daxilində o qüvvələr də idarə olunduqları mərkəzlərin iradələrinin ifadəçisi kimi mövcuddurlar.

Bununla da müxalifətçiliyi bir siyasi termin olaraq, xalqın gözündən salır, cəmiyyətin inamını sarsıtmaqda davam edirlər. Əli Kərimli, Cəmil Həsənli, özünə müxalifət deyən xaricdəki söyüş qrupu müxalifətçiliyin sərhədlərini elə bir duruma salıblar ki, cəmiyyət artıq gerçək, sivil, dövlətçi müxalifətə də yaxın durmaq istəmir.

Bu gün müxalifətin sosial baza probleminin əsas kökü budur. Əslində müxalifətçiliyin standartları müəyyən olunub, dövlətçiliklə siyasi hakimiyyət arasında olan fərq və mübarizə metodları xalqa doğru çatdırılsaydı, indi fərqli bir mənzərə alınardı. Amma Əli Kərimli və onun yanında duranlar bunu etmək bacarığında deyildilər və ola da bilmədilər.

Bu səbədən də sığınacaq yerləri xarici qüvvələrdir. O qüvvələr isə bu adamları öz maraqlarına uyğun idarə edir. Xalqdan ümidi kəsilmiş şəkildə anti-Azərbaycan qüvvələrlə bir sırada yer tutan Əli Kərimlinin manipulyativ təsəlli çıxışlarının sifarişi xaricdən verilir. Bu dəfə də sosial şəbəkələrdəki çıxışlarında guya COP29-un boykot olunduğunu, dünya liderlərinin sammitə qatılamaqdan məhz onların fəaliyyətinə görə imtina etdiklərinə dair iddia səsləndirir.

Məsələ burasındadır ki, Əli Kərimlinin adını çəkdiyi liderlərin sammitdə iştirakdan imtinası ilə bağlı rəsmi heç bir mövqe yoxdur. Məsələn, Böyük Britaniya kralının səhhəti ölkə xaricindəki tədbirlərdə iştiraka imkan vermir.

Fransa Prezidenti Makron özü xahiş etsə belə, onu nəinki Azərbaycanda, hətta bölgədə belə görmək istəmirlər. Putinin səfər proqramı hələlik açıqlanmayıb. COP29 keçirildiyi müddətdə ölkəsində prezident seçkisi keçirilən Baydeni zatən kimsə bu tədbirdə gözləmir. Hələlik son məlumata görə, COP-29 liderlər sammitində 100-dən çox dövlət və hökumət başçısının, vitse-prezidentin iştirakı gözlənilir.

Bu, rəsmi məlumatdır. COP29-da iştirak etmək üçün Birləşmiş Millətlər Təşkilatı Çərçivə Konvensiyası katibliyi vasitəsilə 50 mindən çox adan qeydiyyatdan keçib.

Bu məlumatlardan aydın görünür ki, bütün ölkələr və dövlətlər dünya üçün mühüm əhəmiyyət daşıyan sammitdə nümayəndələrlə iştiraklarını təsdiqləyiblər.

Bu, onu göstərir ki, COP29 sammiti Avropa Parlamentinin hansısa kağız parçası və ya amerikalı konqresmenlərin hansısa çağırışları, eləcə də onların çaldıqları bütün havalara oynayan əli kərimlilərin sosial şəbəkədəki çıxışları ilə boykot olunmur, əksinə, mötəbər qonaqların iştirakı ilə yüksək səviyyədə baş tutacaq. 

Rəfail Becanov
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Noyabr 2024 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri