Mark Karni: Kanada Ukraynada sülhü dəstəkləmək üçün hərbi yardım göstərməyə hazırdır
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Vaşinqton, 4 sentyabr, AZƏRTAC
Kanada Ukraynada atəşkəs və davamlı sülhü dəstəkləmək üçün birbaşa və genişləndirilə bilən hərbi yardım göstərməyə hazırdır.
AZƏRTAC-ın məlumatına görə, bu barədə Kanadanın Baş naziri Mark Karni açıqlama yayıb.
O, bu gün Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi variantlarını müzakirə etmək üçün Ukrayna Prezidenti Vladimir Zelenski ilə birlikdə Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmerin sədrliyi çərçivəsində virtual iclasda iştirak etdiyini bildirib.
Mark Karni ABŞ-ın həm Ukrayna, həm də Avropada uzunmüddətli sülh və təhlükəsizliyi təmin etmək səylərini dəstəklədiyi üçün alqışladığını və koalisiyanın səylərinə sadiq qaldığını deyib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 04 Sentyabr 2025 20:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















