Icma.az
close
up
RU
Mart ayında xəstəlik və ölüm halları niyə artır? AÇIQLAMA

Mart ayında xəstəlik və ölüm halları niyə artır? AÇIQLAMA

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mart ayı tez-tez “qanoynayan” ay kimi xarakterizə olunur və bu ifadə əsasən mövsüm dəyişikliyi ilə bağlı orqanizmdə baş verən dəyişikliklərlə əlaqələndirilir. Qışdan yaza keçid dövründə temperaturun kəskin dəyişməsi, immun sisteminin zəifləməsi və müxtəlif infeksiyaların aktivləşməsi nəticəsində qrip, kəskin respirator virus infeksiyaları kimi xəstəliklərin yayılması artır. Eyni zamanda, xroniki xəstəlikləri olan insanlarda vəziyyətin ağırlaşması da bu dövrdə daha çox müşahidə olunur ki, bu da ölüm hallarının statistikasına təsir edə bilər.

Bəs mart ayında xəstəliklərin və ölüm hallarının artmasının əsas səbəbləri nələrdir və bu dövrdə insanların sağlamlığını qorumaq üçün hansı profilaktik tədbirlər daha effektiv hesab olunur?

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı terapevt Zaur Orucov Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, xalq arasında “mart ayı qanoynayan aydır”, “mart çıxdı dərd çıxdı” kimi fikirlər var və bu fikirlər dövrlə ayaqlaşmır:

“Bunlar hamısı tarixən formalaşıb. Yəni insanın təbiətdən və iqlimdən çox asılı olduğu vaxtlara aiddir. Hazırda sivilizasiyanın inkişafı bu ifadələri aktual etmir. Hər hansıa bir xroniki xəstəliklərin kəskinləşməsi və daha çox ölüm statistikasının olması təkcə martda yox, dekabr ayında da olur. Bu da kəskin respirator virus xəstəliklərindən asılı olur. Mart ayında isə allergik xəstəliklər mövsümü başlayır və statistika artır. Çıxış yolu olaraq isə, ildə 1 dəfə viruslar əleyhinə peyvənd vurdurmaq göstərilə bilər. Bu, hamıya məsləhətdir. Amma 5 qrupa daha çox məsləhətdir.

5 qrupa daxil olanlar bunlardır: 1) hamilələr 2) ürək-damar xəstəliyi, tənəffüs və xroniki xəstəlikləri olanlar 3) 65 yaşdan yuxarı şəxslər 4) 5 yaşdan aşağı uşaqlar 5) tibb işçiləri. Adətən peyvənd mövsümü sentyabr, oktyabr, noyabr ayları hesab olunur. Digər bir məsələ isə vitamin D qəbuludur. Amma öncə D vitamini göstəricisini yoxlatmaq lazımdır. Əvvəllər yayda əməliyyat etmək də olmazdı. Çünki xəstəxanalarda şərait yox idi, kondisionerlər yox idi. İstilik ağırlaşmaları və infeksiyaları artırırdı. İndi isə şərait yaxşı olduğu üçün bu fikirlər tarix olub”.

Terapevt qeyd edib ki, allergiya və kəskin respirator viruslar martda inkişaf edir:

“Bu ayda allergiyası yüksələn şəxslər isə allerqoloqa müraciət etməlidir. Mart ayında havalar da tez-tez dəyişir. Bu, ay ərzində yox hətta gün ərzində baş verir. Ona görə də geyimə fikir vermək lazımdır. Yüngül geyim soyuqdəymə nəticəsində virusa yoluxmağa, qalın geyim isə tərləməyə və bunun nəticəsində soyuqdəyməyə səbəb olur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 19 Mart 2026 00:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri