Maşınların arasından qəfil yola qaçan uşaq qəzadan son anda xilas oldu ANBAAN VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Paytaxtın Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində qayda pozan piyada avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Videodan göründüyü kimi, azyaşlı oğlan park edilmiş avtomobillərin arasından birbaşa yola çıxaraq qaçıb və bu səbəbdən sol zolaqdan gələn avtomobilə çırpılmaqdan son anda yayınıb. Xoşbəxtlikdən sürücü ehtiyatlı davranaraq nəqliyyat vasitəsini vaxtında saxlayıb.
Qeyd edək ki, piyada təhlükəsizliyi qaydalarına əsasən, yol yalnız piyada keçidlərindən keçilməlidir. Park edilmiş avtomobillərin arasından qəfil yola çıxmaq sürücülərin görüş məsafəsini məhdudlaşdırır və qəza riskini ciddi şəkildə artırır. Buna görə də valideynlər azyaşlılara piyada davranış qaydalarını izah etməli, özləri də hər zaman buna əməl etməlidirlər.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 01 Dekabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















