Mask bu ölkəni almaq istəyir: Neçəyədir?
Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Amerikalı milyarder İlon Mask Britaniyanı almaq üçün nə qədər pul lazım olduğunu soruşub.
Turkustan.az xəbər verir ki, Mask bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
“Neçəyədir?” - deyə milyarder sual ünvanlayıb.
Onun bu sualı satirik “The Babylon Bee” saytının paylaşımına cavab olub. Paylaşımda Maskın Britaniyanı “ölkə vətəndaşlarına söz azadlığını qaytarmaq” məqsədilə almaq istədiyi iddia edilib.
Maskın yazdığı ifadə 2017-ci ildə də gündəmə gəlmişdi. O zaman bir istifadəçi ona “Twitter”i almağı təklif etmiş, milyarder isə eyni şəkildə “Neçəyədir?” sualını vermişdi. Bir müddət sonra Mask həqiqətən də “Twitter”i satın aldı.
Qeyd edək ki, bundan əvvəl İlon Mask Britaniyanın internetdə yazılan şərhlərə görə həbslər üzrə dünya lideri olduğunu iddia edən paylaşımı da “X”də yayımlamışdı.
“Britaniya hökuməti niyə bu qədər faşistdir?” - deyə sahibkar yazmışdı./publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 12 Avqust 2026 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















