Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Samiq Sadıxov vəzifəsindən azad edildi

MƏDƏT QULİYEVİN HƏLƏ İKİ İLİ VAR... Vəzifəsini “özü ilə gətirən” eks nazirin gələcək karyerası necə olacaq?

MƏDƏT QULİYEVİN HƏLƏ İKİ İLİ VAR... Vəzifəsini “özü ilə gətirən” eks nazirin gələcək karyerası necə olacaq?

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2023-cü ildə Müdafiə sənayesi naziri vəzifəsindən azad edildikdən sonra nadir hallarda medianın gündəminə gələn Mədət Quliyevin fotoları bu günlərdə yenidən saytların ilk səhifəsini bəzədi. Mətbuat yazdı ki, Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub, nazir Vüqar Mustafayevin əmri ilə Mədət Quliyevin vaxtı ilə təyin etdiyi iki şöbə müdiri vəzifələrindən azad ediliblər.

Xəbərlərin onun fotoları ilə verilməsində saytlarının bir məqsədi var: Mədət Quliyev oxucu üçün maraqlı simadır...

O, hökumətdə yüksək postlar tutmuş həmkarlarından fərqli olaraq var-dövləti, şirkətləri, dəbdəbəli həyatı ilə heç vaxt gündəmdə olmayıb. Mədət Quliyev idmançıdır, sambo üzrə vaxtı ilə İttifaq səviyyəsində nailiyyətləri olub, yaxşı velosiped sürür, gitara çalır, rok həvəskarıdır, həm də 4 dil - ingilis, alman, rus, türk dillərini bildiyi deyilir. Böyük ailənin başçısıdır, 4 övladı var...

Mədət Quliyev Azərbaycanın Milli Qəhrəmanı titulunu daşıyır, 1993-cü ilin 10 dekabrında cinayətkar dəstənin üzvləri ilə atışmada ayağından güllə yarası alıb. Prezident İlham Əliyev 2014-cü ildə onu üçüncü dərəcəli Vətənə Xidmət ordeni ilə təltif edib.

2025-ci il sentybarın 27-də pensiya yaşına çatacaq keçmiş nazir iki ilə yaxındır Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurası katibinin müavinidir. Ona qədər bu vəzifə ümumiyyətlə olmayıb, necə deyərlər Mədət Quliyev Təhlükəsizlik Şurasına vəzifəsi ilə birlikdə gəlib.

Keçmiş nazirin karyerasının əhəmiyyəti hissəsi daxili işlər orqanları ilə bağlıdır. Onun polis karyerası 1983-cü ildən başlayıb. Belə görünür, karyerasının ilk 13 ili “sakit” keçib. Vəzifə nərdivanlarında sürətlə irəliləməsi isə 1993-cü ildən sonraya təsadüf edir. Əvvəlcə DİN-in Gəncə Şəhər Baş Polis İdarəsində bölmə rəisi, daha sonra nazirliyin Baş Mütəşəkkil Cinaytəkarlıqla Mübarizə İdarəsinin Yevlax-Qazax Regional Şöbəsinin rəisi vəzifəsində çalışıb. Sonrakı illərdə irəli çəkilərək DİN-də Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, daha sonra rəisi, 2002–2004-cü illərdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin, 2004–2006-cı illərdə İnterpolun Milli Mərkəzi Bürosunun, 2006–2011-ci illərdə isə Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində çalışıb.

Mədət Quliyev qızğın fəaliyyət dövründə - 1997-ci ildə imkan tapıb Polis Akademiyasının “Hüquqşünaslıq” ixtisasından məzun olmağı da bacarıb.

Keçmiş nazirin DİN-də karyerası 2011-ci ildə başa çatıb, həmin ildə Ədliyyə nazirinin müavini - Penitensiar Xidmətinin rəisi vəzifəsinə təyin olunub. O, bu vəzifədə olduğu 4 il ərzində daim medianın gündəmində olub, həbsxanalarda baş verən hadisələr, tanınmış məhbuslarla müsbət davranışları, həbsxanaları qismən ictimaiyyətin üzünə açması Mədət Quliyevi xeyli populyarlaşdırmışdı.


2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyində nazir Eldar Mahmudovun istefaya göndəırilməsi, yaxın ətrafının həbs edilməsi ilə nəticələnən əməliyyatdan sonra Mədət Quliyev bu quruma təyinat aldı. Əvvəlcə nazirin birinci müavini vəzifəsinə təyin edilərək nazir vəzifəsini icrası ona tapşırıldı. MTN-in ləğvindən, onun bazasında Dövlət Təhlükəsizliyi Xidmətinin yaradılmasından sonra M.Quliyev onun ilk rəisi təyin edildi və 2019-cu ilə qədər bu vəzifədə çalışdı. Onun karyerasının daha 4 ili isə Müdafiə Sənayesi naziri postunda keçib.


Maraqlı nüans ondan ibarətdir ki, Mədət Quliyev heç bir vəzifədə uzun müddət qərar tumayıb, yalnız DİN-n Baş Mühafizə İdarəsinin rəisi vəzifəsində 5 il çalışıb, Penitensiar Xidmətdə, DTX-da və Müdafiə Sənayesi Nazirliyində 4 illik rəhbərliklə kifayətlənib. Bu qrafikə əməl etsə, Mədət müəllim Təhlükəsizlik Şuras katibinin müavini vəzifəsində hələ iki ili var. Ondan sonra hansı vəzifədə olacağını yəqin ki, Quliyevin özü də hələ bilmir...

Maraqlı olan daha bir məqam odur ki, Azərbaycanın ən yeni tarixində hər zaman istənilən vəzifənin çəkisi həmin vəzifəni tutan şəxsin nüfuzundan asılı olub. Məsələn, Zakir Qaralov uzun illər Azərbaycanın Baş Prokuroru vəzifəsini daşısa da, şəxsi nüfuzu, xarizması, sambalı bu yüksək vəzifəyə qətiyyən uyğun deyildi. Ancaq Fövqəladə Hallar naziri vəzifəsi rəsmən Baş Prokuror vəzifəsilə müqayisə edilməyəcək qədər zəif post sayılsa da, Kəmaləddin Heydərov öz şəxsi nüfuzu ilə bu vəzifəni çəkiyə mindirdi. Lakin maraqlıdır ki, Təhlükəsizlik Şurasına Ramil Usubov, Mədət Quliyev kimi “ağır artilleriya” nümunələri təyin edilsə də, bu qurumun ən azından mediada, cəmiyyətdə hər hansı aktivliyi, təsiri və s. görünmür. Belə çıxır ki, zaman dəyişir və samballı məmurlar daha “zəif” postlara təyin olunduqca, əvvəlki təsirlərini də itirirlər...

Rasim Əliyev

“AzPolitika.info” 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Aprel 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see292

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see251

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see240

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see229

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see226

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see199

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see196

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see178

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see169

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see159

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see148

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see146

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see146

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see144

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see124

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see124

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see123

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see123

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri