Icma.az
close
up
RU
Məhkəmə 420 AZN aliment kəsdi, illərdir ödəməkdən imtina edir UCAR SAKİNİ İCRAÇILARI İTTİHAM EDİR

Məhkəmə 420 AZN aliment kəsdi, illərdir ödəməkdən imtina edir UCAR SAKİNİ İCRAÇILARI İTTİHAM EDİR

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Ucar rayon sakini Zamanova Afəridə Miri qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi qəzetimiz vasitəsilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edir:

"Cənab Prezident!

Mən, Zamanova Afəridə Miri qızı, 06.01.1976-cı ildə Ucar rayonunun Əlikənd kəndində anadan olmuşam. 2007-ci ilin may ayında Ağdaş rayonu, Ağzıbir kənd sakini Şirinov Faqət İsmi oğlu ilə nikaha daxil olmuşam. Bu nikahdan 3 övladımız dünyaya gəlib.

Biz ayrıldıqdan sonra, 2(014)-125/2019-cu il tarixli icra vərəqəsinə əsasən, 15.10.2018-ci il tarixdən övladlarımın saxlanması ücün hər uşağa 90 manat tutulmaqla, 270 manat aliment təyin olunmuşdur. Həmin vaxtdan Şirinov Fəqət İsmi oğlu alimenti ödəməmişdir. Bütün bunlara baxmayaraq Ağdaş Rayon Məhkəməsinin qərarına rayonun icra xidməti, başda da Probasiya şöbəsinin rəisi Şaiq Məmmədov tərəfindən tədbir görülməmişdir.

2023-cü ildə Şirinov Fəqət İsmi oğlu Rusiya Federasiyasının ərazisində qeyri-leqal yaşamışdır. Sənədləri düzgün olmadığını bəhanə gətirərək, aliment ödəyə bilmədiyini yaxınlarına bildirmişdir.

Ağdaş Rayon Probasiya şöbəsinə yaxınları müraciət etdikdə, oradan bildiriblər ki, yoldaşı alimentə görə olan şikayətini geri çəkməlidir. Qohumları böyük bacımdan və onun həyat yoldaşından əl çəkmədən xahiş etdilər ki, ərizəmi geri götürüm.

Mənim ovladlarım DSMF tərəfindən təyin olunmuş müavinətdən, vaxt bitdikdən sonra, məhrum oldular. Şaiq Məmmədov kiməsə humanistlik edərək məni həm alimentdən, həm də ünvanlı sosial yardımdan məhrum etdi. Ona hər dəfə müraciət edəndə cavabı bu oldu ki, axtarışdadır.

Mən yenidən Ağdaş Rayon Məhkəməsinə müraciət etdim. Rayon məhkəməsi hər uşağa görə 21.11.2024-cü il tarixində 140 manat (420 manat) aliment təyin etdi. Bu qərarın Ağdaş Rayon İcra və Probasiya şöbəsinə 10.02.2025-ci il tarixində daxil olmasına baxmayaraq, indiyə qədər aliment ödənilməmişdir. Hansı səbəbdən olduğunu bilməsəm də, Ağdaş Rayon İcra və Probasiya şöbəsinin rəisi Ş.Məmmədov alimentdən yayınan bir şəxsi müdafiə edir.

Cənab Prezident!

Ədliyyə Nazirliyinin nümayəndələri biz vətəndaşların problemini həll etmirlərsə, o qurum niyə var? İnanın ki, icraçılardan tək əziyyət çəkən mən deyiləm. 

Aliment almadığıma dair arayış istəyirəm, onu da vermirlər. Özüm DOST Mərkəzinin xətti ilə süpürgəçi işləməklə 3 uşağa baxıram.

Ş.Məmmədov il ərzində 50-100 manat pulu alimentin ödənilməsi hesab edir. Balalarımı dolandıra bilmirəm, onun-bunun qapısında işdən sonra iş tapıb işləyirəm. Xahiş edirəm, mənə dəstək olun, tək güvən yerim sizsiniz".

Jalə FAMİLQIZI

Redaksiyadan: Təəssüf ki, Ədliyyə Nazirliyindən şikayətlərlə bağlı bu qurumdan cavab ala bilmirik. Verdikləri cavab ancaq bu olur: "Şikayətçi əlaqə nömrələri ilə əlaqə saxlayıb, şikayətlərini bildirsin". İcraçılar isə bu vəziyyətdən sui-istifadə edərək, özlərinə xeyir edən məsələri həll edirlər. Bu sözləri əlimizdən olan sübutlara əsasən yazırıq. Ümumiyyətlə isə, Ədliyyə Nazirliyi Mətbuat Xidmətinin adı var, özü yoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 06 May 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri