Mərhum futbolçular ordenə layiq bilindilər
Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dioqo Jota və Jorje Koştanın futboldakı fəaliyyəti ölkəsində layiqincə dəyərləndirilib.
Portuqaliyanın prezidenti Marselo Rebelo di Souza ölkə yığmasının sabiq futbolçularını ölümlərindən sonra “Xidmətlərinə görə” ordeni ilə təltif edib.
Portuqaliya Futbol Federasiyasının məlumatına görə, Mükafatlar Jota və Koştanın ailə üzvlərinə təqdim olunub. Həmçinin Portuqaliya yığmasının bazasında futbolçuların xatirəsinə həsr olunmuş memorialın açılış mərasimi keçirilib.
Xatırladaq ki, iyulun 3-də Jota İspaniyanın Samora vilayətində qəzada dünyasını dəyişib. Hadisə zamanı onun qardaşı Andre Silva da həyatını itirib. Jota karyerası ərzində “Pasuş de Ferreyra”, “Portu”, “Atletiko”, “Vulverhempton” və “Liverpul”da çıxış edib.
Digər sabiq futbolçu Jorje Koşta isə avqustun 5-də, 52 yaşında vəfat edib. O, 1990-2005-ci illərdə “Portu”nun formasında 324 oyun keçirib. Portuqaliya millisində isə 50 dəfə meydana çıxıb. Koşta karyerası ərzində həmçinin “Standard”, “Çarlton”, “Maritimu” və “Penafyel”də də forma geyib.


