Məşhur azərbaycanlı illər əvvəl demişdi: İranla bağlı qorxulu ssenari VİDEO
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Mərhum politoloq Vəfa Quluzadənin illər əvvəl İranla bağlı dedikləri diqqət çəkib. O, Tehranla müharibənin bəşəriyyəti böyük fəlakətə sürükləyəcəyini bildirib.
Sitat: “İranla müharibə baş verərsə, bu, bütün müsəlman dünyasını İsrailə qarşı radikallaşdıracaq. Proses Türkiyə, ərəb ölkələri və milyonlarla müsəlman əhalinin münasibətlərinə ciddi təsir göstərə bilər”.
Quluzadənin bu fikirləri bugünkü reallıqla uzlaşırmı?
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Vəfa Quluzadə Azərbaycanda siyasi proqnozları ilə seçilən, təcrübəli və nüfuzlu diplomat-ekspertlərdən biri idi:
“O, dünya siyasətini və qlobal prosesləri dərindən təhlil edir, nəticələr çıxararaq proqnozlarını ictimaiyyətlə bölüşürdü. Vəfa Quluzadə haqlı olaraq vurğulayırdı ki, İranla birbaşa hərbi qarşıdurma həm region, həm də dünya üçün ciddi böhranlara yol aça bilər. Bunun əsas səbəbi İranın tarixi və geosiyasi xüsusiyyətləridir. Minilliklər boyu böyük dövlətlərə və imperiyalara ev sahibliyi etmiş bu coğrafiyada hazırda 90 milyondan artıq əhali yaşayır. Müxtəlif etnik kimliklərə mənsub olsalar da, İran əhalisi xarici müdaxilə qarşısında tarix boyu demək olar ki, vahid mövqe nümayiş etdirib. İsrail–İran arasında baş vermiş 12 günlük qarşıdurma da bunu bir daha göstərdi”.
Oqtay Qasımov
Politoloq İrana mümkün hücumun müsəlman dünyasına, xüsusilə Türkiyə və ərəb ölkələrinə təsiri məsələsinə də münasibət bildirib:
“İsrailin 2023-cü il 7 oktyabr hadisələrindən sonra Qəzzada apardığı əməliyyatlar, ardınca İrana endirilən zərbələr, “Hizbullah” və husilərlə qarşıdurma, eləcə də Suriya ərazilərinə müdaxilələr müsəlman dünyasında güclü anti-İsrail ovqatının formalaşmasına səbəb olub. Halbuki bir neçə il öncə Təl-Əvivə qarşı müəyyən yumşalma, o cümlədən Türkiyə ilə münasibətlərin normallaşması müşahidə edilirdi. Sözügedən müharibə baş verərsə, İsraillə əlaqələrin hansı səviyyəyə enəcəyi və bunun doğuracağı narazılıqlar artıq anlaşılandır. Bu gün İran ətrafında baş verən proseslər müsəlman dünyasında diqqət və narahatlıqla izlənilir”.
Ekspert əlavə edib ki, mövcud vəziyyətə əsasən İrana müdaxilə ehtimalı az deyil:
“Xüsusilə ABŞ Prezidenti Donald Trampın son açıqlamaları, etirazçıları ruhlandırması və onlara dəstək vəd etməsi regionda gedən ciddi proseslərdən xəbər verir. Belə bir müharibə region ölkələrinin daxili siyasi vəziyyətinə də ciddi təsir göstərə, İran coğrafiyasında xaos yarada bilər ki, bu da nə regionun, nə də beynəlxalq ictimaiyyətin maraqlarına uyğundur. Biz İranda baş verənləri diqqətlə izləyirik və ölkədə müsbət dəyişikliklərin tərəfdarıyıq. Açıq, şəffaf, demokratik cəmiyyətin formalaşması, insan haqlarının təmin olunması, eləcə də İranda yaşayan etnik qrupların, xalqların hüquq və mənafelərini qoruyan bir sistemin qurulması bizim üçün əsas prioritetdir”.
Ləman İmran
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 14 Yanvar 2026 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















