Icma.az
close
up
RU
Məşhurlaşmağın sirri o deyil...

Məşhurlaşmağın sirri o deyil...

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Deyirlər ki, indi şou-biznes aləmində açıq-saçıq geyinmədən məşhurlaşmaq mümkün deyil. Elə bunu eşitmişdim ki, ardınca sosial şəbəkələrdən birində gənc müqənnilərdən birinin ən son konsertlərindən birindəki geyimi ilə qarşılaşdım. Uzun yırtmaclı paltarda mahnı ifa edən müğənninin fikri qalmışdı dizindən bir neçə qarış yuxarıda. Nəinki fikri, əli də qalmışdı orada. Elə hey paltarı aşağı dartırdı. Rəy bölməsində də yazırdılar ki, ay bala, sən nə yaman əziyyət çəkirsən, yırtmac nədir, əl orda qaldı nədir və ya digər xoşagəlməyən sözlər.

Hə, müğənninin bu halını görəndən sonra, “indi şou-biznes aləmində açıq-saçıq geyinmədən məşhurlaşmaq olmaz” söhbətini bir daha xatırladım. Yəqin həmin müğənni də elə o söhbətlərin təsiri altına düşübmüş ki, yeni aldığımı, tikdirdiyimi paltarını bu günə qoymuşdu.

Yəqin sizlər də şahidisiniz ki, indi əksər qadın müğənnilərin paltarlarının ya yuxarı, ya da aşağı hissəsi söhbətimizin mövzusu kimidir. Vallah, yağışdan sonra göbələklər necə çoxalırsa, bu cür geyimlər də çoxalır, yəqin fikir verənlər az olmaz aramızda.

Bu barədə çox düşündüm, daşındım, dedim axı nəyə görə bu cür geyinmədən məşhurlaşmaq olmaz? Geyimin məşhurlaşmağa, tanınmağa nə dəxli var? Hələ tək müğənnilər yox, televiziya aparıcıları da bu cür geyimlərə müraciət edirlər. Fikirləşdikcə, baxıram ki, yox ey, bilmədiyim nələrsə var. Yenidən bir də düşündüm, dedim yox, yəqin burada bilmədiyimiz, ya da hələ də dərketməmizin anlamağa imkan vermədiyi başqa bir məsələ var. Axı geyimlə məşhur olmağın nə əlaqəsi ola bilər ki?

İnanın, həftələrdir bu barədə düşünürəm. Yaxınlarıma, tanıdıqlarıma da bununla bağlı suallar vermişəm. Onlardan məni qınayanlar da olub, “sən də geridə qalmısan ey, müasir zəmanədir, səhnəyə çıxan geyimini bir qədər cəlbedici geyinməlidir də” deyənlər də olub. Lakin mən bu fikirlərlə razılaşa bilmirəm axı. Nə üçün, nə səbəbə biz televiziyada bir verilişi aparanda yaxası açıq paltar geyinməli, veriliş boyu əlimizlə saçlarımızı həmin açıq yerə dartmalıyıq, nə üçün minlərlə insanın qarşısında səhnədə mahnı oxuyarkən əlimiz ətəyimizin yırtmacında qalmalıdır? Nə üçün bizim cinsin nümayəndələri geniş “dekolite” ilə ortalığa çıxmalıdır? Bunun bir qısqanclıq tərəfi də var hələ ki, məni rahat buraxmır ki, buraxmır?

Bu məsələdə mənə bir təskinlik verən olmadı ki, olmadı. Günlərlə düşünüb daşındım, əziyyət çəkib beynimi işlətdim. Necə deyərlər, baş sındırdım. Sual verin, nəyi kəşf etdim?

Yəqin sizlər üçün də maraqlı olar nəyi kəşf etməyim. Lakin yenə də deyirsiniz ki, bu yenə başlayıb başqalarının işinə qarışmağa. Xeyr, mən heç kimin işinə qarışmıram. Sadəcə müşahidələrim var ki, gördüklərim barədə düşünürəm və yazıram. Yazacağam da.

Buyurun, kəşf etdiklərimi dinləyin, görün haqlıyam, ya haqsız. Axır ki, tapdım bu cür geyimlərin səbəbini. Belə geyinən aparıcı və müğənnilərimiz var ha, onların istedadı və savadı yoxdur. Nə oxuduqları mahnıdır, nə də səsləri səs, nə də televiziya kanallarında danışdıqları sözdür. Sadəcə yığnaqdır. Bu səbəbdən də gücü verirlər geyimə ki, bəlkə geyimləri ilə diqqət çəkələr. Hə, müşahidə etdiyim müğənniləri də, aparıcıları göz önünə gətirdim, gördüm ki, ay Allah, necə də düz tapmışam. Sizcə necə tapmışam, doğru səbəbdirmi?

Mənimlə razılaşanlar, bilirəm ki, yüzlərlə, minlərlə olacaq. Razılaşmayanlara isə elə indicə elə bir fakt söyləyəcəyəm ki, yerlərində donub qalacaqlar. Görəcəklər ki, biz qəzet əhli ilə razılaşmaqdan başqa çarələri ola bilməz. Buyurun, dinləyin. Əgər məşhur olmaq üçün bədənin yarısını açıb göstərməyi vacib bilirsinizsə, siz çox-çox yanılırsınız və səhv düşüncədə, səhv yoldasınız. Məşhur müğənnilərimizdən Şövkət Ələkbərova, Fatma Mehrəliyeva, Rübabə Muradova, Sara Qədimova, Zeynəb Xanlarova, Səkinə İsmayılova, Fidan və Xuraman Qasımova bacıları, Gülyaz və Gülyanaq Məmmədova bacıları, Mələkxanım Əyyubova, Nəzakət Teymurova, Aygün Bayramova, Şahnaz və Aybəniz Haşımova bacıları, Azərin, Zülfiyyə Xanbabayeva, aparıcılarımızdan Ofelya Sənani, Roza Tağıyeva, Şərqiyyə Hüseynova və adlarını çəkmədiyim, bunun üçün üzr istədiyim müğənni və aparıcı qadınlarımız var ki, onlar mentalitetimizə uyğun geyimləri ilə həmişə nümunə olublar. Eyni zamanda bu cür geyimlərində də Azərbaycanın ən məşhur müğənni və aparıcı qadınları olub və olmaqdadırlar ki, bundan sonra onları əvəz edə biləcək kimlərinsə olması şübhə altındadır.

Necə düşünürsünüz, razılaşırsınızmı mənimlə? Razılaşmayıb nə edəcəksiniz ki... Çox sevinirəm ki, bu məsələni çozə bildim. İndi sözüm həmin o müğənni və aparıcılaradır: istedadınız varsa, səhnəyə, ekranlara çıxın, inanın ki, paltarlı da məşhur olmaq mümkündür. Əks təqdirdə, istedadınız yoxdursa, üstəlik paltarınızı da biabırçı vəziyyətə gətirirsinizsə, çox təəssüf ki, azərbaycanlısınız...

Hə, diqqətimi çəkən bir məsələni də deməsəm olmaz. Yuxarıda da vurğuladığım kimi, bu cür paltarlı müğənnilərin də, aparıcıların da əlləri, fikirləri qalır o açıq yerlərində. Bunu da hər kəs bir cür dəyənləndirə bilər. Lakin mən belə dəyərləndirirəm ki, biz azərbaycanlıyıq, milli mentalitetimiz var. Şüuraltına həkk olunmuş genetik kodlarımızdı o əlləri açıq-saçıq yerlərə aparan. Buna çox sevinirəm. Çünki hələ də qalan var. Belə isə silmək, yaxud üstünə gətirək barədə düşünək...

Mətanət Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Mart 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1415

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see703

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see552

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see541

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see464

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see455

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see442

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see442

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see406

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see373

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see345

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see305

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see298

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see292

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see286

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see276

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see275

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see251

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see248

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see248
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri