Metro və avtobusda “Birbank“ mobil tətbiqi ilə ödənişdə çətinlik yaranıb
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Hazırda "Birbank" mobil tətbiqinin QR bilet ödəniş sistemində texniki çətinlik müşahidə olunur".
Bu barədə Moderator.az-a“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.
"Problemin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər aparılır və qısa müddətdə aradan qaldırılacağı bildirilir. Sərnişinlərə yaranmış narahatlıqla bağlı müvəqqəti olaraq "BakıKart"ın mobil tətbiqi, "m10" rəqəmsal ödəniş sitemi və ya fiziki kartlardan istifadə etmələri tövsiyə olunur", - məlumatda qeyd olunub.
Qeyd edək ki, bir neçə saatdır ictimai nəqliyyatda bank kartları ilə ödəniş sistemində problem müşahidə olunur. Bu səbəbdən metro və avtobuslarda sıxlıq yaranıb.

Birbank mobil tətbiqində yaranan çətinlik aradan qaldırılıb YENİLƏNİB
28 Yanvar 2025 01:01
Birbank mobil tətbiqinin fəaliyyətində müvəqqəti fasilələr yaranıb
27 Yanvar 2025 21:50
M10 la ödənişdə problem YARANDI
09 May 2025 08:39
Nağdsız ödənişdə sahibkarlara güzəşt olacaq?
10 İyul 2025 00:01
Kapital Bank ın BirBank tətbiqində problem yaranıb
27 Yanvar 2025 20:38

