Məxfi sənəd yayıldı: Hitler özünü öldürməyibmiş Şok
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), II Dünya müharibəsindən sonra on il ərzində Adolf Hitleri Cənubi Amerikada axtarıb, baxmayaraq ki, 1945-ci ildə onun ölümünə dair rəsmi təsdiq verilmişdi.
Axar.az Musavat.com-a istinadən xəbər verir ki, bu məlumatlar MKİ-nin sonradan yayımladığı məxfi sənədlərdə yer alır.
1955-ci ildə CIMELODY-3 adlı agent Kolumbiyadakı bir çimərlikdə çəkilən bir kişinin fotosunu təqdim edib. O kişi Adolf Şrittelmayor adlandırılıb və bu şəxsin gizlənən Hitler olduğu iddia edilib.
Həmçinin, 1945-ci ildə gizli kəşfiyyat məlumatlarında, Hitlerin Argentinada ona dəstək verən şəxslərin olduğu bir oteldə gizlənməsi ehtimalı da irəli sürülüb.
Lakin MKİ on il sonra bu məsələni bağlayıb, çünki kifayət qədər inandırıcı sübutlar tapılmayıb.
Bu sənədlərin yenidən ortaya atılması Hitlerin ölümünün ətrafında yaranan çoxsaylı sualların hələ də cavabsız qaldığını ortaya qoyur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 13 Fevral 2026 21:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















