Meydança oynamağa imkan vermir Azər Bağırov
Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Kəpəz" Misli premyer-liqasının 19-cu turu çərçivəsində səfərdə "İmişli" ilə heç-heçə etdi - 0:0.
"Football-plus.az" xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- "İmişli"nin oyunlarını izləmişdik. Burda oynamağın çətin olacağını bilirdik. Meydança oynamağa imkan vermir. Rəqib də daha çox fiziki oynamağa çalışır. Uşaqlar yaxşı mübarizə apardılar. 4 gün əvvəl çətin kubok oyunumuz olub. Şükürlər olsun ki, oyunu zədəsiz başa vurduq və heç olmasa 1 xal qazandıq. İrəli baxacağıq. Qarşıda çətin oyunlar var. Mübarizə hələ davam edir.
- Veysəl Rzayevin durumu necədi?
- Palatadadı. Müalicə olunur.
- Yenidən komandaya qayıdacaq?
- Bu məsələlər bitdikdən sonra klub rəhbərliyi ilə söhbətimiz olacaq. İnşallah hər şey həm klub, həm də Veysəl üçün daha yaxşı olar.
- Futbolçunun gecə vaxtı küçədə olması nə dərəcədə doğrudu?
- Futbolçular öz evlərində qalırlar, azad vaxtları var. Gəncə kiçikbalaca şəhərdi. Bütün futbolçulara nəzarət edirik. Yazılmayan qaydalar var. Bu, Allahın qədəri idi. Belə oldu. Heç kim istəməzdi ki, belə hadisə olsun. Əlbəttə, ölçü götürüləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 09 Fevral 2026 19:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















