Icma.az
close
up
RU
Meyvəni yanlış vaxtda yemək qan şəkərini yüksəldir

Meyvəni yanlış vaxtda yemək qan şəkərini yüksəldir

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sağlam qidalanmanın əsas hissəsi sayılan meyvə istehlakı, düzgün vaxtda və qaydada qəbul edilmədikdə əks təsir göstərə bilər. Mütəxəssislər bildirir ki, meyvəni “istənilən vaxt və istənilən qədər yemək olar” düşüncəsi səhvdir və bu, qan şəkərinin kəskin yüksəlməsinə səbəb ola bilər.

Ölkə.az xəbər verir ki, araşdırmalara görə, bir çox insanın yeməkdən dərhal sonra meyvə yeməsi ən böyük səhvlərdən biridir. Bu zaman meyvə digər qidalarla birlikdə mədədə qalır, həzm prosesi yavaşlayır və meyvənin tərkibindəki fruktoz gec sorulduğu üçün fermentasiya baş verə bilər.

Mütəxəssislər meyvə yemək üçün ən doğru vaxtın yeməkdən təxminən 2 saat əvvəl və ya 2 saat sonra olduğunu vurğulayır. Xüsusilə səhər acqarına və ya günorta yeməyindən bir neçə saat sonra yeyilən meyvə həm enerji verir, həm də maddələr mübadiləsini yormur.

Meyvəni tək yemək düzgün deyil

Ekspertlər bildirir ki, meyvəni tək yemək qanda şəkərin sürətlə artmasına və insulin müqavimətinə səbəb ola bilər. Bunun qarşısını almaq üçün meyvəni zülalla birlikdə qəbul etmək tövsiyə olunur. Məsələn:

Alma ilə 2–3 ədəd qoz

Çiyələk ilə bir kasa yoqurt

Banan ilə bir qədər fındıq

Bu kombinasiya qan şəkərini balansda saxlayır və daha uzun müddət toxluq hissi yaradır.

Axşam saatlarında meyvəyə diqqət

Mütəxəssislər axşam saatlarında meyvə istehlakına da diqqətli yanaşmağı tövsiyə edir. Gec saatlarda orqanizmin enerji ehtiyacı azaldığı üçün qəbul edilən fruktoz tam istifadə olunmur və qaraciyərdə yağ kimi toplanır.

Nəticə olaraq, sağlam qalmaq üçün meyvədən imtina etmək lazım deyil. Sadəcə onu düzgün vaxtda və düzgün şəkildə qəbul etmək vacibdir. Əks halda, ən faydalı qidalar belə orqanizm üçün zərərli ola bilər.

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Aprel 2026 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri