Icma.az
close
up
RU
Mikayıl Cabbarov AYİBin vitseprezidenti ilə görüşdü Yeni Çağ Media

Mikayıl Cabbarov AYİBin vitseprezidenti ilə görüşdü Yeni Çağ Media

Yenicag saytından alınan məlumata görə, Icma.az bildirir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterink ilə görüşüb.

Yenicag.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ev sahibliyi, qlobal iqlim fəaliyyətində aktiv iştirakı və AYİB-lə müxtəlif istiqamətlər üzrə uğurlu tərəfdaşlığı qeyd edilib. Bildirilib ki, ölkəmizin sosial-iqtisadi inkişaf hədəflərində yaşıl iqtisadiyyatın təşviqi mühüm yer tutur. Görüş zamanı Bankla yaşıl iqtisadiyyat, bərpa olunan və alternativ enerji mənbələrindən istifadə sahəsində birgə fəaliyyətin gücləndirilməsi, dövlət-özəl tərəfdaşlığının dəstəklənməsi, infrastruktur və digər istiqamətlər üzrə layihələrin icrası məqsədilə atılacaq addımlar müzakirə edilib. Əməkdaşlığın enerji sahəsində aşağı karbonlu həllərə keçid istiqamətində şaxələndirilməsinin əhəmiyyəti qeyd edilib. COP29 çərçivəsində Azərbaycan-AYİB tərəfdaşlığını gücləndirəcək platformaların perspektivləri müzakirə edilib.

AYİB-in birinci vitse-prezidenti Yurgen Riqterink Bankın ölkəmizlə səmərəli əməkdaşlığını və COP29 çərçivəsində həyata keçirilən tədbirlərin önəmini qeyd edib. Azərbaycanın zəngin iqtisadi potensialının əlaqələrin genişlənməsi üçün perspektivlər yaratdığını və qurumun Azərbaycana dəstəyinin davamlı olacağını bildirib.

Tərəflər Azərbaycan-AYİB əlaqələrinin dayanıqlı inkişaf və səmərəli iqlim fəaliyyəti üçün faydaları, birgə layihələrin perspektivləri barədə fikir mübadiləsi aparıblar.

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 11 Noyabr 2024 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see384

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see376

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see372

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see368

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see366

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see346

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see346

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see330

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see327

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see326

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see311

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see309

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see302

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see293

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see278

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see272

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see263

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see223

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see223

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri