Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

Azərbaycan futbolunun əfsanəsi

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Milli elmimizin mənbə xəzinəsi

Milli elmimizin mənbə xəzinəsi

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

AMEA kitabxanası – 100

Burada 50-dən çox dildə 1,5 milyon nüsxə kitab toplanıb

Müsahibimiz AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, texnika elmləri doktoru, dosent Hüseyn Hüseynovdur.

– Hüseyn müəllim, Mərkəzi Elmi Kitabxananın əsas fəaliyyəti haqqında oxucularımızı məlumatlandırardınız.

–  AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) ölkəmizin milli-mənəvi irsinin qorunması və gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayır. 100 illik tarixi olan bu kitabxana yarandığı gündən etibarən dövrün tələblərinə uyğun inkişaf edərək elm və mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir. Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətində toplanmış görkəmli ziyalıların təşəbbüsü ilə əsası 1923-cü ildə  biblioqrafiya bürosu kimi qoyulan kitabxana 1925-ci ildən Kitabxana-biblioqrafiya bürosuna çevrilmişdir. Zaman-zaman inkişaf edən və təkmilləşən Mərkəzi Elmi Kitabxananın fondu hazırda dünya xalqlarının 50-dən çox dilində 1 mil­yon 500 mindən artıq ədəbiyyatı özündə ehtiva edir ki, bu da onu Azərbaycanın ən zəngin kitabxanalarından birinə çevirir.

MEK xalqımızın qədim tarixini və zəngin mədəniyyətini, Azərbaycan Respublikasının müstəqillik illərində qazanılmış siyasi, iqtisadi, sosial və mədəni nailiyyətlərini uğurla təbliğ edir, müasir elmi araşdırmaların aparılması üçün informasiya təminatını daim yaxşılaşdırır, ölkəmizin milli-tarixi irsini təşkil edən, eləcə də dünya tarixi və mədəniyyətinə aid bütün növ mövcud informasiya vahidlərinin toplanılıb saxlanmasını, istifadəçilərə təqdim olunmasını təmin edir. 100 illik yubileyi ərəfəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanası ənənəvi kitabxanaçılıqdan daha çoxunu təqdim edir. Kitabxana xidmətində müasir informasiya texnologiyalarının tətbiqi, şəbəkə texnologiyalarının formalaşması və onun dünya informasiya mübadiləsinə daxil olması və s. prosesləri MEK-də dinamik xarakter alıb. Məqsədimiz müxtəlif elm sahələrinə dair nəşrləri rəqəmsal formatda təqdim edərək onların hər kəsə əlçatanlığına imkan verir.

– Rəqəmsallaşdırılmış kitabxananın nə kimi üstünlükləri var?

– Müasir İnformasiya Kommunikasiya Texnologiyalarının kitabxana və informasiya sahəsinə dərindən nüfuz etməsi nəticəsində yeni nəsil e-kitabxanaların formalaşması prosesi davam edir. Veb texnologiyaların e-kitabxanalarda tətbiq olunması kitabxanaçılar və istifadəçilər üçün geniş imkanlar açır.

Hazırda biz MEK-də tammətnli nəşrlərin rəqəmsallaşdırılması üzərində çalışırıq. Məqsədimiz, tədqiqatçılar və tələbələr üçün lazımi məlumatların sərbəst şəkildə əlçatan olmasını təmin etməkdir. Elektron kitabxana vasitəsilə artıq bir sıra tammətnli nəşrlər istifadəyə verilib və bu proses davam edir. Elektron kitabxananın fəaliyyəti ölkəmizdə elmi tədqiqatların inkişafına ciddi töhfələr verir. Belə ki, nəşrlərə və rəqəmsal resurslara çıxış elmi işlərin keyfiyyətini və sürətini artırır. Bundan əlavə, kitabxanamızın elektronlaşma sahəsində beynəlxalq əməkdaşlıq imkanları da genişlənir. 

Gələcəkdə elektron kitabxananın inkişafı ilə bağlı müəyyən planlarımız da var. İrəlidə daha çox beynəlxalq nəşrləri və elmi məlumat bazalarını sistemimizə daxil etməyi planlaşdırırıq. Həmçinin, istifadəçi təcrübəsini daha da yaxşılaşdırmaq üçün kitabxanamızda müxtəlif interaktiv xidmətlərin tətbiqi üzərində çalışırıq. Məsələn, tədqiqatçılar üçün birbaşa onlayn məsləhət xidməti və yeni avtomatlaşdırılmış axtarış alətlərini istifadəyə verməyi düşünürük.

– Elektron kitabxananın istifadəçi bazası haqqında nə deyə bilərsiniz? 

– Elektron kitabxanamızdan müxtəlif yaş və peşə qrupları istifadə edirlər. Ən çox istifadəçi sırasına universitet tələbələri, elmi tədqiqatçılar və müəllim heyəti daxil­dir. Eyni zamanda, tədqiqat mərkəzləri və dövlət qurumları da kitabxanamızdan fəal şəkildə faydalanırlar.

– Kitabxananın rəqəmsal infra­strukturunun inkişafı üçün hansı texnoloji yeniliklər tətbiq edilib?

– Son zamanlarda kitabxananın rəqəmsal infrastrukturunu təkmilləşdirmək üçün bir sıra yeni texnologiyaları tətbiq etmişik. Məsələn, kitabxanada mövcud nəşrləri skan edən (rəqəmsallaşdıran) Almaniya istehsalı “By Metis”, “Zeutschel” aparatlarının sayı artırılıb. Bu aparatların köməyi ilə qısa zamanda daha çox mətnləri rəqəmsallaşdırmaq mümkündür. Bunun nəticəsidir ki, son aylar ərzində MEK-in fondlarındakı nəşrlərin PDF-lərinin sayı on dəfədən çox artıb. MEK-də, həmçinin müasir surətçıxarma aparatları, çap qurğuları və başqa yüngül texniki avadanlıqlardan da gündəlik olaraq geniş istifadə edilir.

– MEK-in beynəlxalq əməkdaşlığı barədə nə deyə bilərsiniz? 

– Müxtəlif beynəlxalq kitabxanalar və elmi platformalarla əməkdaşlıq edirik. Hazırda 46 ölkənin 127 təşkilatı, 80 elmi jurnalı ilə, o cümlədən ölkəmizdəki bir sıra səfirliklərlə, Azərbaycanın xaricdəki səfirlikləri ilə əlaqələr yaradaraq əməkdaşlığımızı genişləndiririk. Həmçinin, məlumat mübadiləsi və ortaq layihələr də həyata keçiririk. Bu əməkdaşlıq çərçivəsində istifadəçilərimizə beynəlxalq elmi nəşrlərə və tədqiqat bazalarına geniş çıxış imkanları yaradırıq.  

MEK-in yenilənmiş veb saytından (https://mek.az/) dünyanın 84 qabaqcıl kitabxanasına keçid etmək mümkündür. Bundan əlavə, sayt vasitəsilə IMF eLİBRARY, Open TextBook Library, Artefakt, Jurnal zalı, Project Gutenberg kimi rəqəmsal kitabxanalarının məlumatlarından faydalanmaq imkanı yaradılıb. Oxucular üçün maraq kəsb edəcək daha bir yenilik tammətnli məlumat bazaları olan EBSCO dissertasiya bazası, DOAB–açıq giriş kitablar kataloqu, POLPRED-KİV icmalı, Ulusal Tez Mərkəzinə uzaq məsafədən istifadə imkanıdır.

– Hüseyn müəllim, MEK 2024-cü ildə nələrə nail oldu, hansı yeniliklərə imza atdı?

– 2024-cü il ölkəmiz üçün yaddaqalan oldu. Azərbaycanın COP29-a ev sahibliyi etməsi dövlət başçısı cənab İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Dünyanın Bakı şəhərinə toplanması vətəndaş olaraq hamımızı qürurlandırdı. Ölkə başçısının 2024-cü il sərəncamlarından irəli gələn vəzifələrin icrası ilə əlaqədar AMEA Rəyasət Heyətinin qərarlarına əsasən kitabxanada ilin əvvəlindən başlayaraq “Yaşıl dünya naminə həmrəylik ili”, “Naxçıvan Muxtar Respublikası –100”, “Məhəmməd Əmin Rəsulzadə –140”, “Məhəmməd Füzuli– 530” adlı sərgilər və digər daimi guşələrdə il boyu ənənəvi formada kitab sərgiləri təşkil edildi. Eyni zamanda, kitabxananın rəsmi saytında həmin sərgilərin virtual forması və mövzu ətrafında elektron məlumat bazaları da MEK oxucularımızın istifadəsinə verildi. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Mərkəzi Elmi Kitabxananın tərtibatında və əməkdaşların müəllifliyi ilə “Təbiət bir kitabdır” adlı nəşr, “Azərbaycanın milli parkları, qoruqları və yasaqlıqları: soraq-biblioqrafik məlumat kitabı”, “Naxçıvan Muxtar Respublikası-100” və “Azərbaycan ekologiyası” adlı biblioqafik göstəricilər, “Naxçıvan Muxtar Respublikasında dövri mətbuat məlumat kitabı” bunlardandır.

AMEA Rəyasət Heyətinin qərarları əsasında Mərkəzi Elmi Kitabxana tərəfindən alimlərin şəxsi biblioqrafiyaları hazırlanıb. Bunlara misal olaraq, Böyükağa Əzimovun, Fazil Qurbanovun, Ovsat Abdinovun, Tariyel Talıbovun və başqa alimlərimizin biblioqrafiyalarını qeyd edə bilərəm.

2024-cü ilin iyun ayından başlayaraq mənim təşəbbüsümlə hər ayın ilk iki iş günündə “Açıq qapı” günləri keçirilir ki, bu da yeniyetmə və gənclərdə kitabxa­naya, kitaba, mütaliəyə həvəsin artmasına, onların bu istiqamətə köklənməsinə müsbət təsir edir. 

Bundan əlavə, Mərkəzi Elmi Kitab­xananın strukturunda dəyişikliklər edildi, xidmət işini təkmilləşdirmək məqsədilə fondlardan oxucuların verdiyi sənəd sifarişinin vaxtı uzadıldı, Elmlər Akademiyası sistemində ilk dəfə Mərkəzi Elmi Kitabxanada könüllülük fəaliyyəti, “İraq-türkman kitabxanası” və fondumuzda qorunan akademiklərin çoxsaylı kolleksiyaları əsasında “Akademiklər kitab­xanası” yaradıldı.

İşğaldan azad olunmuş torpaqlarda yeni yaranmış məktəb kitabxanalarına, o cümlədən Zəngilan rayonunun Ağalı kənd kitabxanasına, Şuşa şəhər 1 nömrəli məktəbin kitabxanasına MEK tərəfindən nəşrlər hədiyyə edildi. İşğaldan azad olunmuş torpaqlarda yeni qurulan kitab­xanalara dəstək məqsədilə nəşrlərin göndərilməsi davam etdirilir.

Cari ildə Özbəkistanın Ürgənc Dövlət Universiteti, Bolqarıstan Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası ilə əməkdaşlığa dair memorandum imzalanıb, Türk İşbirliyi və Koordinasiya Agentliyinin nümayəndələri MEK-də olarkən əməkdaşlıq haqqında ilkin razılığa gəlinib.

Şimali Kipr Türk Cümhuriyyətinin təhsil naziri Nazim Çavuşoğlu və bu ölkənin Bakıdakı nümayəndəsi Ufuk Turqanerin iştirakı ilə Mərkəzi Elmi Kitabxanada “Şimali Kipr Türk Cümhuriyyəti” adlı diplomatik guşə yaradılıb. 

Nobel mükafatı laureatı Əziz Sancarın Mərkəzi Elmi Kitabxanaya səfəri isə əsl bayrama çevrildi, alimin həyat və yaradıcılığını özündə əks etdirən kitab sərgisi təşkil olundu.

Qeyd edim ki, MEK-in beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində də işlər davam etdirilir. Cari ilin oktyabr ayında Azərbaycanın Türkiyədəki səfirliyi yanında Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Ankara şəhərində işgüzar səfərdə olarkən Türkiyənin Millət Kitabxanasının rəhbəri Ayhan Tuğlu, Türkiyə Milli Kitabxanasının baş direktoru Taner Bəyoğlu, Qazi Universitetinin Mərkəzi Kitabxanası və Türkiyənin bir sıra tanınmış universitetlərinin kitabxana rəhbərləri ilə görüşdüm. Qarşılıqlı əməkdaşlığımızın faydalı olacağına və bundan tərəfdaş kitabxana oxucularının da bəhrələnəcəyinə inanıram. 

Əməkdaşlarımız işin keyfiyyətinin yüksəldilməsi, daha çox oxucu kontingentinə çatmaq üçün bir sıra xarici ölkələrdə ezamiyyələrdə olub, təlimlərdə iştirak ediblər. 

MEK “Şuşa – İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramında uğurla təmsil ­olundu. 

Söhbətimiz “Yaşıl dünya naminə həmrəylik ili”nə təsadüf etdiyindən bir maraqlı faktı da qeyd etmək istərdim ki, MEK-in yaşıl kitabxanaya çevrilməsi üçün imkanlar yaradılıb. MEK-in mövcud binasının hər tərəfdən şüşə ilə əhatə olunması ­enerjiyə qənaət yaradan amillərdir. Elektron kitabxanalarda davamlılığı artırmaq məqsədilə yaşıl və rəqəmsal transformasiyalar yaradılacaq ki, bu da elektron kitabxanaya girişi və istifadəçilər arasında əlaqələri yaxşılaşdırmaq funksiyasını ­yerinə yetirəcək.

Müsahibəni qələmə aldı:
Anar TURAN
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Dekabr 2024 00:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see389

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see300

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see294

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see276

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see256

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see230

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see229

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see227

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see224

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see224

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see222

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see218

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see213

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see211

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see201

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see199

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see197

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see190

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see187

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri