Icma.az
close
up
RU
Millimizin güləşçisi: Ötən il üç qızıl medal ümid edirəm, bu dəfə daha çox medal qazanacağıq

Millimizin güləşçisi: Ötən il üç qızıl medal ümid edirəm, bu dəfə daha çox medal qazanacağıq

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“İnanıram ki, Avropa çempionatında yaxşı çıxış edəcəyik”.

Bunu İdman.biz-ə yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvü Ülvü Qənizadə (72 kq) deyib.

Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək güləş üzrə Avropa çempionatında mübarizə aparacaq pəhləvan yarışa hazırlığından danışıb: “Adətən yarışlar ərəfəsində sağlamlığımda problemlər yaranır. Şükürlər olsun, bu dəfə hər şey qaydasındadır. Çempionata hazırlıq yüksək səviyyədə keçib. Biri Xorvatiyada, digərləri Bakıda olmaqla təlim-məşq toplanışlarında iştirak etmişik”.

Qənizadə bildirib ki, milli komanda qitə çempionatına tam hazırdır: “İnanıram ki, gözləntilər özünü doğruldacaq, bu yarışda yaxşı nəticələr qazanacağıq. Bildiyiniz kimi, keçən il komanda olaraq istər Avropa çempionatında, istərsə də Tiranada keçirilən dünya çempionatında yüksək səviyyədə çıxış etmişdik. Ötənilki Avropa çempionatında yunan-Roma güləşçilərimiz üç qızıl medal əldə etmişdilər. Ümid edirəm ki, bu dəfə komanda şəklində daha çox medal qazanacağıq. Çünki biz bunu hər zaman bacarırıq. Uğurlu nəticə əldə etmək üçün lazım olan əziyyəti də çəkmişik”.

Qeyd edək ki, aprelin 7-13-də keçiriləcək yarışda yunan-Roma güləşçilərimiz baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Elvin Mürsəliyev, Həsən Əliyev və Kamran Məmmədovun rəhbərliyi altında çıxış edəcəklər.

Aytac Sahəd
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 04 Aprel 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri