Milyarder səkkiz ay ərzində sərvətini itirdi
Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Çinli iş adamı, 37 yaşlı Yan Juntsze təsis etdiyi süni intellekt şirkətinin səhmlərinin kəskin ucuzlaşması səbəbindən milyarder statusunu itirib.
"MiniMax" şirkəti süni intellekt bazarı ilə bağlı investorların artan narahatlığından əziyyət çəkir.
"MiniMax" səhmləri noyabrın 20-də kəskin ucuzlaşıb. "UOB Kay Hian" şirkətinin özəl sərvətlərin idarə edilməsi üzrə direktoru Kennet Qonun sözlərinə görə, buna qismən bəzi investorların kapitallarını "Anthropic" şirkətinə yönəltməsi səbəb ola bilər.
Məlumata görə, Çində süni intellekt sahəsində rəqabətin güclənməsi və investorların narahatlıqları fonunda şirkətin səhmləri 90%-dən çox ucuzlaşıb.
Qeyd olunur ki, Yan Juntsze 2026-cı ilin yanvarında "MiniMax"ın səhmlərinin Honkonq Fond Birjasında yerləşdirilməsindən sonra Çinin ən gənc milyarderi olub. Həmin vaxt onun sərvəti 3.2 milyard dollar qiymətləndirilirdi. Mart ayında bu rəqəm rekord həddə - 12.6 milyard dollara çatıb. Lakin noyabrın 20-nə onun sərvəti 959.5 milyon dollara qədər azalıb.
///oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 22 Noyabr 2026 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















