Milyonlar qazanan şirkətin vergiyə 330 min manat borcu var
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Almaniyanın məşhur “DrillTec GmbH” şirkətinin Azərbaycandakı filialının vergiyə külli miqdarda borcu yaranıb.
"Unikal" "Musavat.com"a istinadən xəbər verir ki, şirkətin hazırda vergiyə yaranmış borcu 330 min manatdır.
Şirkət Azərbaycanda milyonlarla manat dəyəri olan bir neçə böyük layihənin icrasını həyata keçirib. Şirkət neft-qaz kəmərlərinin çəkilməsi, qazma və boru kəmərlərinin quraşdırılması kimi iri layihələri icra edir.
Rəsmi məlumatlarda şirkətin aldığı layihələrdən birinin dəyəri 26 milyon manat olaraq göstərilir. Bu məbləğ şirkətə Cənubi Qafqaz Boru Kəmərinin 5 çay keçidində üfüqi-maili qazma və boru kəmərinin quraşdırılması işlərinə görə ayrılıb.
Bundan başqa da şirkət bir neçə böyük layihənin icrasını həyata keçirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 23 Mart 2025 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















