Icma.az
close
up
RU
Mingəçevirli məzuna niyə qızıl yox, gümüş döş nişanı verilib? FOTOLAR RƏSMİ CAVAB

Mingəçevirli məzuna niyə qızıl yox, gümüş döş nişanı verilib? FOTOLAR RƏSMİ CAVAB

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Bu il İ.Kişiyev adına 17 saylı Mingəçevir şəhər orta məktəbindən məzun olan Elnur Elçin oğlu Musazadəyə gümüş döş nişanı verilib.

Məzunun valideynləri isə iddia edirlər ki, ona qızıl döş nişanı təqdim olunmalı idi.

Gununsesi.info xəbər verir ki, bu barədə Teleqraf-ın yerli bürosuna danışan valideynlərin sözlərinə görə, Elçin buraxılış imtahanlarında müvafiq olaraq riyaziyyatdan 77, ana dilindən (tədris dili) 91, xarici dil fənnindən isə 95 bal toplayıb.

Valideynlər qeyd ediblər ki, E.Musazadə tələblərə müvafiq olaraq ən yüksək və zəruri olan nəticələrə nail olub, həmçinin bütün tədris fənləri üzrə qiymətləri istisnasız olaraq 5 qiyməti ilə dəyərləndirilib.

“E.Musazadə təhsil dönəmində Biologiya üzrə Respublika Fənn Olimpiadalarında iki gümüş və bir bürünc olmaqla 3 medal qazanıb. Əldə etdiyi nailiyyətlər birmənalı şəkildə onun orta məktəbi qızıl döş nişanı ilə bitirməli olduğunu təsdiq edir”.

Valideynləri baş vermiş yanlışlığın aradan qaldırılması üçün onlara kömək edilməsini xahiş edirlər. Onlar Mingəçevir Təhsil Sektoruna və Mərkəzi Aran Regional Təhsil İdarəsinə məsələ ilə bağlı müraciət də ediblər.

“Yanlışlıq olduğu etiraf edilib”, – deyən valideynlər elm və təhsil nazirinə rəsmi müraciət ünvanlamağa qərar veriblər.

Məsələyə aydınlıq gətirmək üçün Mərkəzi Aran Regional Təhsil İdarəsinə sorğu ünvanladıq.

Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirildi ki, müvafiq qaydalara əsasən qızıl nişana namizəd olan şagirdin buraxılış imtahanında hər üç fənn üzrə nəticəsi 80 baldan yuxarı olmalıdır: “Sözügedən İ.Kişiyev adına 17 saylı Mingəçevir Şəhər Orta Məktəbin məzunu Elnur Musazadənin buraxılış imtahanında olan göstəriciləri bu meyara uyğun gəlmədiyi üçün qızıl döş nişanına namizəd kimi seçilməyib”.

İdarədən əlavə olaraq bildirilib ki, məzunların qızıl və gümüş döş nişanları ilə təltif edilməsi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na və 2024-2025-ci tədris ilində tam orta təhsil səviyyəsi üzrə aparılmış yekun attestasiyanın nəticələrinə əsasən həyata keçirilir

“Məzunların akademik göstəriciləri mövcud qaydalara əsasən eyni meyarlar, bərabər şərtlər daxilində təhlil edilir və müvafiq qərar verilir. Sözügedən döş nişanları şagirdlərin uğurunu simvolizə etdiyindən, onun verilmə prosesinə həssas yanaşılır. Ədalətli və şəffaf seçim digər şagirdlərə də motivasiya mənbəyi olur”, – məlumatda deyilib.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 İyul 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see191

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see168

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see166

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see160

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see156

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see145

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see143

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see142

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see138

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see136

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see135

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see135

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see131

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see131

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see129

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see125

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see124

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri