Icma.az
close
up
RU
“Minsk Qrupu ermənilərin “konyak diplomatiyası” ilə fəaliyyət göstərirdi Politoloqdan ilginc ŞƏRH

“Minsk Qrupu ermənilərin “konyak diplomatiyası” ilə fəaliyyət göstərirdi Politoloqdan ilginc ŞƏRH

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

“44 günlük Qarabağ müharibəsinin başlanması və münaqişənin hərbi yolla yekunlaşmasının ən böyük səbəbkarı ATƏT-in Minsk Qrupu və onun fəaliyyətsizliyidir”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında politoloq Turan Rzayev bildirib.

Politoloq hesab edir ki, ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılması gecikmiş olsa da, tarixi bir hadisədir:

“ATƏT-in Minsk Qrupu faktiki olaraq yaranma səbəbi—Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin həlli idi.

Lakin 30 il ərzində bu qurum prosesi sülh yolu ilə həll etmək əvəzinə status-kvonu qoruyub, ermənilərin “konyak diplomatiyasına” aludə olub və vasitəçilərin məzmunundan məhrum səfərləri ilə yadda qalıb.

Onsuz da bir gün bu dırnaqarası qurumun fəaliyyətinin dayandırılması məlum idi. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan faktiki olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Dağlıq Qarabağ mərhələsini tamamilə həll etdi.

Hazırda davam edən danışıqlar fonunda demək olar ki, qalan məsələ Ermənistan-Azərbaycan münaqişəsinin digər problemli aspektləri ilə bağlıdır. Əslində, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ məsələsi həll edildikdən sonra Ermənistan-Azərbaycan münaqişəsinə müdaxilə edə bilməzdi, çünki bunun üçün mandata malik deyildi”.

T.Rzayev əlavə edib ki, Ukrayna müharibəsi və Rusiya tərəfindən Ukrayna ərazilərinin işğalı fonunda Fransa və ABŞ kimi digər həmsədr ölkələr Rusiya ilə birbaşa danışıqları aparmaq istəmədi.

O, qeyd edib ki, onlar bunun əvəzinə fərqli formatlarda, alternativ tərəfləri danışıqlara cəlb etməyə üstünlük verdilər:

“Rusiya da bunu əsas gətirərək, ATƏT-in Minsk Qrupunun fəaliyyətini həmin dövrlərdə dayandırmışdı və qurum rəsmi olaraq fəaliyyətsiz vəziyyətə keçmişdi.

Sonrakı dövrlərdə isə Azərbaycan-Ermənistan danışıqlarında rəsmi Bakı sülh sazişindən əlavə bir şərt irəli sürdü: ATƏT-in Minsk Qrupunun ləğvi.

Bu şərt niyə önəmli idi? Prinsipcə, qurum onsuz da fəaliyyət göstərmirdisə, niyə Bakı bunu israrla tələb etdi?

Cavab sadədir: ATƏT Minsk Qrupu qaldığı təqdirdə, Dağlıq-Qarabağ adlı münaqişə faktiki olaraq mövcud qalmaq üçün əsas əldə edərdi. Fəaliyyətini davam etdirən qurum hər zaman belə bir münaqişəyə müdaxilə etmək istəyən təşkilat və ya qurum əməkdaşlarına imkan verərdi.

Azərbaycan isə bunu önləyərək, ATƏT Minsk Qrupunun ləğvini İrəvanın qarşısına tələb kimi qoydu və faktiki olaraq qurumun gələcək müdaxilə imkanlarını məhdudlaşdırdı”.

Politoloqun sözlərinə görə, Vaşinqton görüşündə tərəflərin bəyannamədə bu məsələyə bir daha toxunması göstərir ki, ATƏT-in Minsk Qrupunun ləğvi Bakının qeyri-şərtsiz riayət edilməsini tələb etdiyi şərtlərdən biri olub:

“Faktiki olaraq, Minsk Qrupunun ləğvi Azərbaycan səyləri və Prezidentin diplomatik üstünlüyü nəticəsində əldə edildi.

Bu gün biz rəsmi olaraq ATƏT Minsk Qrupunun fəaliyyətinin dayandırıldığının şahidi olduq. Bu, tarixi bir hadisədir və münaqişənin bitməsi öncəsində ən böyük addımlardan biri hesab oluna bilər. Gələcəkdə yaranma və ya alovlanma ehtimalı olan proseslərdən biri də bu detalın aradan qaldırılması ilə həll edilmiş oldu.

Faktiki olaraq, rəsmi Bakı və İrəvan danışıqlar prosesində uğurla irəliləyir, sülhə yaxınlaşır və bu addım sülh prosesinə inamı gücləndirir, həmçinin sülhün davamlılığını daha da möhkəmləndirir”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 02 Sentyabr 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see200

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see179

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see139

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see133

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see130

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see130

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see130

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri