Icma.az
close
up
RU
Miqrantların kütləvi şəkildə yerləşməsi ölkənin ictimai və siyasi mühitinə müxtəlif təsirlər göstərə bilər

Miqrantların kütləvi şəkildə yerləşməsi ölkənin ictimai və siyasi mühitinə müxtəlif təsirlər göstərə bilər

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp BMT Baş Asambleyasının iclasında çıxışı zamanı deyib ki, Avropa ölkələri miqrasiya səbəbi baxımından cəhənnəmə doğru gedir.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirdi ki, Donald Trampın miqrasiya ilə bağlı çıxışı kifayət qədər kəskin idi:

"O, faktiki olaraq Avropa ölkələrini, eləcə də ABŞ-ni, xüsusilə Cozef Bayden dövründə miqrantlara geniş güzəştlərin verilməsi baxımından, zəruri dəstəyin göstərilməsini mənfi qarşılayır. Tənqid əsasən bu fikrə əsaslanır ki, Avropa ölkələri və bütövlükdə Qərb ölkələri, dünyanın inkişaf etmiş dövlətləri, miqrantlarla bağlı mövcud siyasətlərini dəyişməlidir. Əks halda, onların davranışı miqrasiya axınlarının geniş miqyasda baş verməsini təşviq etmiş olur və ya buna səbəb ola biləcək siyasət yürüdürlər. İldən-ilə artan miqrasiya göstəricilərinin məhz Avropa istiqamətində daha qabarıq şəkildə görünməsinin şahidi oluruq. Statistik rəqəmlər də göstərir ki, miqrant axınları əsasən Avropaya yönəlir və həmin dövlətlərin mövcud sosial dəstək paketləri müəyyən mənada miqrantların maraqlarına cavab verir. Bu səbəbdən insanlar müxtəlif səbəblərdən öz ölkələrini tərk edib Avropa, ABŞ və Kanada istiqamətində yola çıxırlar. Nəticədə miqrant və miqrasiya yolları, miqrasiya axınları daha çox həmin dövlətləri təyinat ünvanı kimi seçir. Trampın çıxışından belə bir nəticə çıxarmaq olar ki, əgər dövlətlər miqrant axınlarının miqyasının azaldılmasında maraqlıdırsa, onlar öz sosial siyasət və dəstək proqramlarını dayandırmalıdırlar. Bu proqramlar dayandırıldığı halda həmin ölkələr miqrantlar üçün cəlbedici olmayacaq".

Deputat qeyd etdi ki, miqrantların hüquqları eyni zamanda insan hüquqlarının tərkib hissəsi hesab olunur:

"İnsan hüquqlarına hörmət baxımından onların hüquqlarının təmin olunması istənilən sosial dövlətin əsas hədəflərindən biridir. Bu səbəbdən Avropa ölkələrində sosial dəstək proqramları mövcuddur və nəticədə miqrantlar da məhz bu dövlətlərə üz tutur. Bəzi ölkələrdə miqrantlardan başqa məqsədlər üçün də istifadə olunur. Məsələn, Kanadada əhalisi az olan şəhərlərə miqrantların köçürülməsi və həmin şəhərlərə cəlb edilməsi ilə bağlı proqramlar mövcuddur. Bu proqramlar iqtisadi potensialın artırılması baxımından təqdir olunur. Tramp isə miqrantlarla bağlı mövzularda çox həssaslıqla yanaşır. Həssaslıq dedikdə, ölkənin milli maraqlarından irəli gələn yanaşma nəzərdə tutulur. O hesab edir ki, miqrantlar ölkənin əmək bazarında gərginliyə səbəb olmamalı, əksinə fəaliyyətləri ilə müəyyən töhfə verməlidirlər".

Parlamentarinin sözlərinə görə, ABŞ ərazisində milyonlarla miqrant var və onların böyük bir qismi qanunsuz əsaslarla yaşayır, bu isə ölkənin təhlükəsizlik sisteminə təhdid kimi qiymətləndirilir.

"Buna görə də Trump administrasiyası qanunsuz miqrantların çıxarılmasını və miqrantların ölkədə qalmasının qanuni əsaslarının məhdudlaşdırılmasını təklif edir. Bu baxımdan ABŞ özü miqrantlarla bağlı daha kəskin siyasət yürütməklə yanaşı, digər inkişaf etmiş dövlətlərdən də eyni yanaşmanı tələb edir. Burada önə çıxan milli maraqlardır, Avropaya yönələn miqrantların maraqları ikinci planda qala bilər. Miqrantların kütləvi şəkildə yerləşməsi ölkənin demoqrafik durumuna, ictimai və siyasi mühitinə müxtəlif təsirlər göstərə bilər. Bəzi hallarda bu təsirlər müsbət ola bilər. Kanada nümunəsində bu aydın görünür. Bəzi hallarda isə mənfi nəticələr yaranır, məsələn, Fransanın cənub şəhərlərində miqrantların sıx kompakt yaşaması bir sıra problemlərə səbəb olur.

Dövlətdən dövlətə, dövlət başçısından dövlət başçısına situasiya dəyişə bilər. Önəmli olan odur ki, miqrantların hüquqları təmin olunmalıdır. İnsanlar yaxşı həyatdan qaçmır, onlar düşdükləri çətin vəziyyətdən çıxmaq üçün digər ölkələrə üz tutur. Qaçqın statusu şəxslərə dörd əsas səbəb üzərindən verilir. Məcburi köçkünlər isə ümumi dünya statistikasında daha az əks olunur. Ümumilikdə, həm əməkçi miqrantlarla, həm də qaçqınlarla bağlı vəziyyət geniş müzakirəyə açıqdır. Bu baxımdan ABŞ Prezidenti Donald Trampın verəcəyi qərarlar və tutacağı mövqe miqrasiya məsələlərində həlledici rol oynaya bilər", - deyə Azər Allahverənov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Sentyabr 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri