Icma.az
close
up
RU
Moldova təcrübəsi və postsovet məkanında “yumşaq güc”ün dinamikası

Moldova təcrübəsi və postsovet məkanında “yumşaq güc”ün dinamikası

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Postsovet məkanında dövlətlərarası təsir və nüfuz mexanizmlərinin işləmə prinsipləri uzun müddət müxtəlif təcrübələrlə sınanmışdır. Moldova son dövrlərdə keçirilən prezident və parlament seçkilərində Avropa inteqrasiyaçı qüvvələrin ardıcıl qələbəsi ilə seçilərək bu proseslərin dinamikasını anlamaq üçün vacib bir nümunəyə çevrilmişdir. Nəticələr yalnız Moldova deyil, ümumilikdə region üçün də strateji dərs təqdim edir.

Bütün bunlar postsovet məkanında demokratik institutların və elektoratın müstəqil qərarvermə qabiliyyətinin açıq nümunəsini təşkil edir. Prezident seçkilərindəki uğurla başlayaraq parlamentdəki eyni tendensiyanın təkrarlanması göstərir ki, uzun müddət regionda dominant təsir hesab olunan xarici amillər hədəf ölkənin siyasi trayektoriyasını avtomatik müəyyən edə bilmir.

Maraqlıdır ki, bəs nəticə nəyi göstərir? Seçicilər yalnız tarixi və mədəni bağlılıqlara görə hərəkət etmirlər; onlar gündəlik sosial-iqtisadi şərait və hökumət siyasətini də nəzərə alaraq qərar verirlər. Moldova əhalisinin müəyyən hissəsi Sovet köklərinə bağlı və konservativ olsa da, elektoratın davranışı daha mürəkkəb meyarlara əsaslanır ki, bu da “yumşaq güc”ün postsovet məkanında sərhədlərini ortaya qoyur.

Seçkilərdə xarici təsir mexanizmlərinin, ocümlədən maliyyə resurslarının və kampaniyaların istifadəsi uzunmüddətli nəticə üçün yetərli olmadı. Prezident seçkilərində xərclərin ölkə ÜDM-nin təxminən 1 faizi səviyyəsində olması göstərir ki, resursların miqdarı elektoratın müstəqil qərarverməsini əvəz edə bilmir.

Maraqlıdır ki, regionda yerləşən strateji ərazilərin, xüsusən də qonşuluq şərtləri və tarixi bağlılıqların mövcudluğu seçki nəticələrinə başlanğıc üstünlük yaradır, amma bu üstünlük yalnız institutların möhkəmliyi və elektoratın seçim azadlığı ilə formalaşır. Beləliklə, Moldova nümunəsi göstərir ki, postsovet ölkələrində demokratik institutların dayanıqlığı və elektoratın siyasi müstəqilliyi xarici təsirin effektivliyini müəyyən edən əsas amillərdir. Ölkədəki iqtisadi çətinliklər, sosial narazılıqlar və korrupsiya əhalinin Avropa inteqrasiyaçı siyasətə yönəlməsini avtomatik təmin etmədi. Əksinə, seçicilər hökumətin fəaliyyətinə, gündəlik həyat şəraitinə və demokratik institutların işləkliyinə əsaslanaraq daha düşünülmüş qərarlar verdilər.

Təhlil nəticəsində aydın olur ki, prezident və parlament seçkilərindəki ardıcıl nəticələr postsovet məkanında elektoratın müstəqil qərarvermə qabiliyyətini və demokratik institutların dayanıqlığını ön plana çıxarır. Bütün bunlar strateji baxımdan “yumşaq güc”ün sərhədlərini və hədəf ölkədə üstünlük əldə etmək üçün yalnız tarixi bağlılıq və resursların kifayət etmədiyini təsdiqləyir.

***

“Yumşaq güc”, yəni mədəni təsir, ortaq dəyərlərin təşviqi və diplomatik əlaqələr, uzunmüddətli strateji üstünlük üçün istifadə edilən əsas vasitələrdir. Amma yumşaq güc təkbaşına nə dərəcədə təsir göstərə bilər? Tarixi bağlılıq, dil və dini ortaq elementlər ilkin üstünlük yaratsa da, seçicilərin davranışı və demokratik institutların dayanıqlılığı strateji nəticəni kritik şəkildə müəyyən edir. Aydındır ki, cəmiyyət yalnız xarici mesajın cəlbediciliyinə baxaraq qərar vermir; o, sosial-iqtisadi şəraiti, hökumətin fəaliyyətini və gündəlik həyat reallıqlarını da qiymətləndirir.

“Ağıllı güc” yanaşması burada vacib rol oynayır: “yumşaq güc” elementləri sərt güc, yəni iqtisadi və siyasi təzyiq vasitələri ilə birləşdirildikdə hədəf ölkədə daha dayanıqlı təsir formalaşdırılır. Bəs ağıllı güc konsepsiyası konkret hansı strategiya üstünlüyü yaradır? Cavab aydındır – elektoratın müstəqil qərarverməsi ilə birlikdə tətbiq olunan balanslı yanaşma, qısamüddətli təzyiqdən daha uzunmüddətli və stabil üstünlük təmin edir.

Mənbələr göstərir ki, resursların çoxluğu və kampaniyaların intensivliyi hər zaman nəticə vermir. Bunun səbəbi elektoratın informasiya mühitinə çıxışı, demokratik institutların işləkliyi və cəmiyyətin qərarvermə mexanizmlərinin mürəkkəbliyidir. Hədəf ölkədəki seçici yalnız maliyyə və təşviq vasitələri ilə yönləndirilə bilməz; onun sosial-iqtisadi və siyasi seçimləri strateji təsirin effektivliyini müəyyən edir.

***

Rusiyanın rolunu nəzərə alaraq, sual yaranır: regional aktorların təsir mexanizmləri nə dərəcədə effektivdir? Yumşaq güc vasitələri, diplomatik təşəbbüslər və mədəni əlaqələr strateji üstünlük üçün əlverişli alət olsa da, demokratik institutların işləkliyi bu mexanizmlərin sərhədlərini müəyyən edir. Bu baxımdan, xarici təsir siyasətinin uğuru həm də yerli siyasət və institutların dayanıqlılığına bağlıdır.

Geoiqtisadi və sosial kontekst burada əlavə təhlil tələb edir. Enerji asılılığı, ticarət əlaqələri və regional inteqrasiya proqramları hədəf ölkənin qərarvermə imkanlarını təsir edə bilər. Amma bu təsir insanların gündəlik həyat reallıqları və hökumətin fəaliyyəti ilə əlaqələndirilərək qiymətləndirilməlidir.

Mənbələr göstərir ki, tarixi və mədəni bağlara əsaslanan təsir mexanizmləri hər zaman gözlənilən nəticəni vermir. Bu amil Rusiyanın Ukrayna təcrübəsində açıq şəkildə müşahidə olunur. Sovet dövründən qalan tarixi, dil və mədəni əlaqələr Rusiyaya müəyyən dərəcədə regional təsir imkanı yaratsa da, bu bağlar əhalinin və dövlət institutlarının siyasi qərarverməsində avtomatik üstünlük təmin etmir. Ukraynanın müstəqillik illərində formalaşan milli kimliyi, demokratik institutlarının güclənməsi və Avropa ilə inteqrasiya təşəbbüsləri göstərir ki, tarixi oxşarlıqlar strateji planlamada təkbaşına nəticə yaratmır.

2014-cü ildən sonra baş verən hadisələr – Krımın ilhaqı və Şərqi Ukraynada münaqişə Rusiyanın regional təsir mexanizmlərinin sərhədlərini açıq şəkildə göstərdi. Tarixi bağlılıq və rus dilinin geniş yayılması Moskva üçün “yumşaq güc” potensialı kimi qiymətləndirilirdi. Lakin Ukrayna cəmiyyətinin elektorat davranışı və milli identifikasiyası bu mexanizmlərin təsirini əhəmiyyətli dərəcədə məhdudlaşdırdı. Buradan aydın olur ki, strateji planlamada yalnız güc resurslarına bel bağlamaq kifayət deyil; seçicilərin müstəqil qərarverməsi və dövlət institutlarının dayanıqlığı hər hansı bir regional təsirin uğurunu müəyyən edən kritik faktorlar kimi çıxış edir.

Rusiyanın təcrübəsindən aydın olur ki, həm sərt, həm də “yumşaq güc” vasitələri birləşmədikdə, hətta böyük resurs yatırımları belə gözlənilən nəticəni vermir. Ukraynanın Avropa inteqrasiyası və NATO ilə əməkdaşlıq istiqamətində addımları, Krım və Donbasda yaşanan mürəkkəb konfliktlər Moskvanın resurs və strateji üstünlüklərinə baxmayaraq, Ukraynanın suverenliyinə və qərarvermə azadlığına ciddi təsir göstərmədi. Burada siyasi-analitik baxımdan açıq görünür ki, tarixi və mədəni oxşarlıqların strateji üstünlüyə çevrilməsi üçün cəmiyyətin elektorat davranışını və milli institutların möhkəmliyini nəzərə almaq mütləqdir.

Digər bir aspekt geosiyasi kontekstdir: Avropa və Qərb təsiri Ukraynanın qərarvermə müstəqilliyini gücləndirdi və Rusiyanın “yumşaq güc” mexanizmlərini tarixi və mədəni oxşarlıqlara əsaslanaraq tətbiq etməsini məhdudlaşdırdı. Bu təsir Ukraynanın siyasi elitasının və ictimai rəyin qərb dəyərlərinə –demokratik idarəçilik, hüququn aliliyi, şəffaflıq və çoxtərəflilik – yaxınlaşmasını təşviq etdi. Siyasi müstəvidə məsələ ondan ibarətdir ki, Ukrayna elitası Qərb strukturlarına inteqrasiyanı yalnız xarici siyasət seçimindən ibarət görmədi, həm də daxili siyasi sabitliyin və legitimliyin qorunması üçün əsas mexanizm kimi qəbul etdi. Qərbin dəstəyi, xüsusilə də 2014-cü ildən sonra, Ukraynanın demokratik institutlarının funksionallığını artırmaqla, Moskvanın təsir imkanlarını daraltdı. Siyasi analitik baxımdan vacib sual yaranır: niyə Moskva tarixi və mədəni oxşarlıqları siyasi üstünlüyə çevirə bilmədi? Cavab ondan ibarətdir ki, həmin oxşarlıqların institusional dayağı yox idi. Qərb təsiri Ukraynada yeni siyasi identiklik formalaşdırdı və dövlətin xarici siyasət seçiminin legitimliyini artırdı. Nəticədə, Moskvanın “yumşaq güc” vasitələri – dil, mədəniyyət, ortaq dini dəyərlər – artıq siyasi davranışı istiqamətləndirən əsas determinantlar rolunu itirdi. Bundan başqa, Qərbin təsiri Ukraynada siyasi rəqabəti beynəlxalq kontekstə bağladı. Avropa ilə yaxınlaşma həm siyasi legitimlik, həm də iqtisadi imkanlar qazandırdığı üçün seçki mübarizəsində mühüm faktor rolunu oynadı.

Nəticə etibarilə, həm Ukrayna, həm də Moldova təcrübəsi postsovet məkanında bir mühüm dərsi ortaya çıxarır: xarici təsirin gücü nə maliyyə resurslarının miqyası, nə də mədəni yaxınlığın dərinliyi ilə ölçülür. Əslində, həlledici amil cəmiyyətin siyasi müstəqilliyi, demokratik institutların dayanıqlığı və elektoratın öz seçiminə sahib çıxmaq iradəsidir. Mədəniyyət və tarix üzərində qurulan cazibə müəyyən emosional rezonans doğura bilər, amma siyasi nəticə yalnız o zaman formalaşır ki, cəmiyyətin qərarvermə mexanizmləri azad, şəffaf və legitim şəkildə işləsin. Moldova və Ukrayna göstərdi ki, bu mexanizmlər işə düşdükdə ən güclü yumşaq güc strategiyaları belə öz effektivliyini itirə bilir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Oktyabr 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see237

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see199

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see177

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see162

Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

30 Dekabr 2025 09:06see159

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see153

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see148

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see144

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see142

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see141

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see140

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see135

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see133

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see130

Əfqanıstanlı kişi Britaniya xəstəxanasında 5 nəfəri yaraladı

31 Dekabr 2025 06:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri