Icma.az
close
up
RU
Moskva bölgədə tarazlığın pozula bilməsindən narahatdır VİDEO

Moskva bölgədə tarazlığın pozula bilməsindən narahatdır VİDEO

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, Rusiyanın Xarici İşlər nazirliyinin rəsmisi Mariya Zaxarova keçirdiyi brifinqdə Qərb paytaxtlarından gələn siqnallara səthi yanaşmamağa çağırıb. Çünki Rusiyanın fikrincə, Qərbin daha bir yaxşı niyyət silsiləsi arxasında gizlənən əsl motivlərinin sırf fürsətçi vəzifələr dayandığına şübhə yoxdur.
Onun sözlərinə görə, iki Cənubi Qafqaz ölkəsi yaşadıqları və onların barışmasına və ya kəskin münaqişəli vəziyyətlərin həllinə dəfələrlə töhfə vermiş ən yaxın qonşularının - Rusiya, İran, Türkiyənin dəstəyi ilə müstəqil şəkildə konstruktiv, konsensusa əsaslanan qərarlara gəlməyə çalışarkən Ermənistan-Azərbaycan normallaşmasını sözün həqiqi mənasında regional ölçüdən çıxarmaq istəyirlər.
“Bu relslərin adətən hara apardığını da bilirik. Əslində, bu, cari məsələlərin həlli Cənubi Qafqaz dövlətləri və onlarla birbaşa həmsərhəd olan dövlətlər tərəfindən həyata keçirildiyi halda, regional özünütəminat prinsipini pozaraq, regionda təhlükəsizlik sistemində disbalans yarada bilər”, - Rusiya XİN-in sözçüsü vurğulayıb.
Rusiyalı diplomat bildirib ki, qərblilərin Ermənistan hakimiyyətinin mövqeyinə dağıdıcı təsiri nəticəsində üçtərəfli qrupda iş dayanıb.
- Məsələn, amerikalılar deyirlər ki, guya onların - yenə də onlardan sitat gətirirəm - məsələnin unikal həlli var. Əslində, Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi ixtisaslaşmış üçtərəfli işçi qrupu çərçivəsində görülənlərdən başqa, yeni heç nə təklif edə bilməzlər. Ona görə də burada da hiylə var”, - Mariya Zaxarova deyib.
Peskov: “Bakı-Moskva münasibətlərinin çətin dövrünü yaşanır” | VİDEO Onun sözlərinə görə, təmsilçisi olduğu qurum Azərbaycan və Ermənistanın Rusiyanın vasitəçiliyi olmadan birbaşa dialoq aparmaq seçiminə hörmətlə yanaşır. Bu baxımdan, Moskva hələ də sülh prosesinə kömək, həm məsləhətləşmələr, həm də sazişin imzalanması üçün platforma təqdim etməyə hazırdır.
Azərbaycan-Rusiya münasibətlərində son vaxtlar yaşanan gərginliyi şərh edən Mariya Zaxarova Moskvanın onların tezliklə normallaşacağına ümidli olduğunu söyləyib.
“Hazırda Azərbaycanla ikitərəfli münasibətlər, yumşaq desək, çətin mərhələdədir. Rusiya bunun uzanmamasını təmin etməkdə qərarlıdır. Tez normallaşmaya ümid edirik. Bu yolda mühüm addım Rusiya vətəndaşlarının azad edilməsi olardı”, - rusiyalı diplomat deyib.
Lakin Rusiya XİN-in sözçüsü münasibətlərin normal məcraya qayıtması üçün Moskvanın hansı addımlar atmağa hazır olduğunu dilə gətirməyib. Halbuki, rəsmi Bakı, xüsusilə də Azərbaycan prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunda bu müstəvidə Moskvanın, ilk növbədə, ötən ilin dekabrında Rusiyanın hərbi hava hücumundan (HHM) sistemlərinin AZAL-ın sərnişin təyyarəsini vurması ilə bağlı həqiqətləri açması tələbini dəfələrlə açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://azvision.az
archiveBu xəbər 24 İyul 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri