Mey Börnhemə qarşı çıxdı: Qəbul et və irəliyə bax!
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Böyük Britaniyanın keçmiş Baş naziri Tereza Mey hazırkı hökumət başçısı Endi Börnhemi ölkənin Avropa Birliyinə yenidən qoşulması fikrindən çəkinməyə çağırıb.
Axar.az xəbər verir ki, Mey bu barədə BBC-yə müsahibəsində deyib.
"Ölkə olaraq “Breksit”'in lehinə səs verdiyimiz halda, Endi Börnhemin Avropa Birliyinə yenidən qoşulmaqla bağlı danışıqların davam etdirilməsi barədə dediklərini bir qədər təəccüblə qarşılayıram. Baş nazir olduğum dövrdə mən tam aydın şəkildə bildirmişdim ki, referendumda seçicilərin ifadə etdiyi iradəni həyata keçirməliyik. Buna görə də, ona mesajım budur: insanlar “Breksit”ə səs veriblər. “Breksit” baş tutub. Sadəcə bunu qəbul edin və irəliyə baxın", - Mey bildirib.
Baxış sayı:91
Bu xəbər 22 Noyabr 2026 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















