Sn 2 ildə kənd məktəblərində şagird sayında 18 800 nəfər azalma olub AÇIQLAMA
Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
Orta məktəblərdə şagird sayı lidən-ilə azalır.
Bu barədə Sherg.az-a məlumat verən iqtisadçı Rauf Qarayev ötən illərlə müqayisə apardıqda fərqin açıq göründüyünü dedi:

- 2024-25-ci tədris ilində ümumi şagird sayı 1.695 100 nəfər olub. 2025-26-cı tədris ilində 1.674 700. Burada 20 400 nəfər azalma var. Kənd məktəbləri ilə şəhər məktəblərində şagird sayını müqayisə etdikdə də azalma müşahidə edilir. Sn 2 ildə kənd məktəblərində şagird sayında 18 800 nəfər azalma olub. Şəhər məktəblərində isə 1 600 nəfər azalma var. Kənd məktəblərində azalma kənd əhalisinin şəhərlərə daha çox üz tutmasının nəticəsidir. Ümumi şagird sayında azlama isə doğum faizinin azalmasıyla bağlıdır. Son 10 ildə - 2016–2026-cı illər aralığında Azərbaycanda doğum səviyyəsi təxminən 42%–50% aralığında azalıb. Məsələn, 2016-cı ilin ilk yarısında hər 1000 nəfərə 16,1 doğum düşürdüsə, 2026-cı ilin eyni dövründə bu göstərici 8,0-a enib, yəni təxminən iki dəfə azalma var. Statistik məlumatlara görə 2026-cı ilin ilk 6 ayında 40 798 uşaq doğulub, 2016-cı ilin ilk yarısında bu rəqəm 77,3 min idi. Təxminən 47,2% azalma. 2026-cı ilin ilk 9 ayında hər 1000 nəfərə düşən doğum göstəricisi əvvəlki ilin eyni dövründəki 9,4-dən 8,3-ə düşüb. Bu da təbii ki, şagird sayına təsirini göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 22 Noyabr 2026 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















