Icma.az
close
up
RU
Azərbaycanda 22 yaşlı kişi 37 yaşlı arvadını döydü, həbs olundu

Azərbaycanda 22 yaşlı kişi 37 yaşlı arvadını döydü, həbs olundu

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ağcabədidə kişi arvadını döyüb.

Modern.az xəbər verir ki, 22 yaşlı Səxavət Bağırov (şərti adla) yaşadıqları evdə arvadı 37 yaşlı Nuranə Bağırovanı (şərti adla) üz və baş nahiyələrinə vuraraq döyüb. Zərərçəkənin şikayəti əsasında o saxlanılaraq, barəsində müvafiq maddə ilə protokol tərtib olunub.

S. Bağırovun sözlərinə görə, evə gəlib anası ilə Nuranənin mübahisə etdiklərini görüb. Sonra uşağı qucağına almaq istəyəndə arvadı etiraz edib və özü uşağı qucağına götürüb. Bu zaman Səxavət içkili olduğu üçün Nuranənin üzünə sillə ilə ard-arda zərbələr vurub. Onun sözlərinə görə, ola bilsin ki, başı ilə qadının başına da xəsarət yetirib. O, əməlini etiraf edərək, yekun qərarı məhkəmənin mülahizəsinə buraxıb.

Zərərçəkən N. Bağırovanın sözlərinə görə isə dəfələrlə əri onu döydüyü üçün Səxavətdən şikayət edib. Son hadisədən bir gün əvvəl Səxavətin anası ilə mübahisə ediblər. Növbəti gün isə Səxavətlə münasibətləri gərginləşib. Mübahisə zamanı qucağında uşaq olsa da, əri onu döyüb. Hətta yerə yıxaraq, boynuna da xəsarətlər yetirib. Zərərçəkən bildirib ki, həmin hadisədən sonra Ağdama gedərək valideynlərinin yanında yaşayıb. O, ilkin izahatında Səxavət Bağırovla bağlı tədbir görülməsini istəyib.

Lakin sonradan ər-arvad ikisi də məhkəməyə ərizə ilə müraciət edərək, artıq bir yerdə yaşadıqlarını və barışdıqlarını bildiriblər. Zərərçəkənin şikayəti əsasında S. Bağırov barəsində protokol tərtib edən orqanın nümayəndəsinin sözlərinə görə, bu il ərzində Bağırovlar ailəsində 3-cü dəfədir ki, ər arvadını döyür. Hər dəfə onları barışdırmağa nail olsalar da, sonuncu dəfə mümkün olmayıb.

Məhkəmənin qərarı ilə S. Bağırov 15 gün müddətinə inzibati qaydada həbs edilib.

İlyas Turan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Noyabr 2026 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri