Müasir Bakının görməli yerləri fonunda rəqs sənəti WADF VİDEO
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Dünya və beynəlxalq yarışların dəfələrlə qalibi, Azərbaycan Rəqs İttifaqının (AzDC) katibliyinin rəhbəri Eldar Cəfərov Bakının müasir görməli yerləri fonunda bir sıra rəqs elementlərini təqdim edib, - Milli.Az xəbər verir.
Xatırladaq ki, 5-7 sentyabr tarixlərində Bakıda ilin ən gözlənilən rəqs hadisələrindən biri - Azərbaycan Rəqs İttifaqı (AzDC) və Beynəlxalq Rəqs Şirkəti SRDS-in (Smooth & Rhythm Dance Style, prezident - Olqa Krasnyanskaya) təşkilatçılığı ilə keçiriləcək WADF (World Artistic Dance Federation) üzrə artistik bal rəqsi (Smooth) üzrə Dünya Çempionatı və WADF üzrə bütün üslublar üzrə Dünya Kuboku baş tutacaq. Yarışlar "Baku Marriott Hotel Boulevard"da keçiriləcək.
Tədbirdə bütün istiqamətlər təqdim ediləcək - salon və latın rəqslərindən tutmuş teatr və artistik rəqsə, xalq rəqslərinə, strit-dans, hip-hop və digər üslublara qədər.
World Artistic Dance Federation (WADF) - artistik rəqsin inkişafına, ifadə azadlığına və yarış proqramlarında innovativ yanaşmaya yönəlmiş aparıcı beynəlxalq rəqs təşkilatlarından biridir. Federasiya dünyanın hər yerindən rəqqasları bir araya gətirərək yaradıcılıq, yarış və mədəni mübadilə üçün unikal platforma yaradır.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 19 Avqust 2025 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















