Icma.az
close
up
RU
Müəllimi və şagirdi yoran heç bir təhsil modeli uğurlu sayıla bilməz Günay Əkbərova

Müəllimi və şagirdi yoran heç bir təhsil modeli uğurlu sayıla bilməz Günay Əkbərova

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 25 dekabr, AZƏRTAC

Son illər təhsil sahəsində aparılan müzakirələrdə tez-tez bir sual səslənir: “Hansı ölkənin təhsil modeli Azərbaycan üçün daha uyğundur?” Açığı, dünya təcrübəsinə baxanda bir həqiqət aydın görünür: təhsildə uğur hazır modeli kopyalamaqla yox, onu yerli reallığa uyğunlaşdırmaqla əldə olunur. Heç bir ölkə başqasının sistemini olduğu kimi götürüb uğur qazanmayıb. Bu baxımdan Azərbaycan üçün də “ideal model” axtarışındansa, uyğun nümunələrdən düzgün elementləri seçmək daha rasional yanaşmadır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyi Yanında İctimai Şuranın katibi Günay Əkbərova söyləyib.

Onun sözlərinə görə, ən çox istinad edilən modellərdən biri Finlandiyadır. Finlandiya təhsilinin əsas gücü müəllimə olan yüksək etimad və şagird rifahının ön planda tutulmasıdır. Burada müəllim icraçı deyil, qərarverən tərəfdir. Qiymətləndirmə sistemi uşağı sıxan yox, inkişaf etdirən mexanizm kimi qurulub. Azərbaycan üçün bu modelin tam köçürülməsi çətin olsa da, müəllimin nüfuzunun artırılması, lazımsız bürokratiyanın azaldılması və məktəbin daha insani mühitə çevrilməsi baxımından Finlandiya təcrübəsi dəyərli örnəkdir.

“Reallığımıza daha yaxın olan başqa bir nümunə isə Estoniyadır. Estoniya da sovet təhsil sistemindən çıxmış, lakin qısa müddətdə müasir və çevik model qura bilmiş ölkədir. Rəqəmsal təhsil, məktəblərin muxtariyyəti və müəllimlərin davamlı peşəkar inkişafı bu sistemin əsas dayaqlarıdır. Azərbaycanın da hələ keçid mərhələsində olması Estoniya təcrübəsini bizim üçün daha anlaşılan edə bilər.

Asiya ölkələrinə baxdıqda Cənubi Koreya nümunəsi diqqət çəkir. Burada təhsilə münasibət milli prioritet səviyyəsindədir. Zəhmətkeşlik, intizam və ailə-məktəb əməkdaşlığı yüksək səviyyədədir. Bu yanaşma Azərbaycan cəmiyyətinin mentalitetinə müəyyən qədər uyğundur. Amma Koreya modelindəki həddindən artıq akademik yüklənmə və psixoloji təzyiq bizim üçün riskli ola bilər. Yəni bu modeldən götürüləsi əsas dərs imtahan mərkəzli sərt sistem deyil, əməyə və məsuliyyətə münasibətdir”, - deyə müsahibimiz bildirib.

O bildirib ki, mədəni və sosial oxşarlıqlar baxımından isə Türkiyə təcrübəsi xüsusi yer tutur. Türkiyədə aparılan kurikulum islahatları, müəllim hazırlığı və xüsusilə peşə təhsilinin inkişafı istiqamətində atılan addımlar Azərbaycan üçün praktik əhəmiyyət daşıyır. Dil və mədəni yaxınlıq bu təcrübələrin adaptasiyasını daha asan edir.

“Nəticə etibarilə Azərbaycan üçün ən uyğun yol hibrid modeldir. Finlandiyadan müəllimə etimad və şagird rifahını, Estoniyadan rəqəmsallaşma və çevik idarəetməni, Cənubi Koreyadan zəhmət və məsuliyyət mədəniyyətini, Türkiyədən isə struktur və mədəni uyğunluq baxımından praktik yanaşmaları götürmək mümkündür. Əsas məsələ hansı ölkənin adını çəkmək deyil. Əsas məsələ Azərbaycan məktəbinin real ehtiyaclarını düzgün oxumaqdır. Sinif otağında işləməyən, müəllimi və şagirdi yoran heç bir model uğurlu sayıla bilməz. Təhsil islahatı vitrin üçün yox, uşaq və müəllim üçün olmalıdır.

Bir sözlə, dünyada hazır “ideal sistem” yoxdur. Amma düzgün seçim və uyğunlaşdırma ilə Azərbaycana uyğun güclü bir təhsil modeli qurmaq mümkündür və bu yol artıq başlayıb”, - deyə G.Əkbərova fikrini yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Dekabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see188

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see182

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see167

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see161

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see159

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see150

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see143

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see139

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see138

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see136

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri