Icma.az
close
up
RU
Muğan zonasında bu il taxıl əkini azalıb Fermerlər niyə digər bitkilərə üstünlük verirlər?

Muğan zonasında bu il taxıl əkini azalıb Fermerlər niyə digər bitkilərə üstünlük verirlər?

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkənin Muğan zonasında cari təsərrüfat ilində taxıl əkininin həcmi azalıb.

BAKU.WS xəbər verir ki, "Report"un Muğan bürosu bu bölgədə taxıl əkininin azalmasının səbəblərini araşdırıb.

Rəsmi statistikaya əsasən, Muğanda taxıl əkinində ən çox azalma İmişli rayonunda müşahidə olunur. Ötən təsərrüfat ilində rayonda 9 min 136,5 hektar sahədə buğda, 7 min 384,5 hektar sahədə arpa əkilmişdisə, bu il 2 min 509,7 hektar sahədə buğda və 6 min 844 hektar sahədə arpa əkilib. Analoji hal Cəlilabad və Biləsuvar rayonlarında da qeydə alınıb.

Cəlilabad rayonunda ötən təsərrüfat ilində 56 min 580 hektar sahədə buğda, 9 min 650 hektar sahədə arpa əkildiyi halda, bu il 46 min 980 hektar sahədə buğda və 13 min 450 hektar sahədə arpa əkilib. Eyni zamanda, Biləsuvar rayonunda keçən təsərrüfat ilində 9 min 698,9 hektar sahədə buğda, 24 min 281,3 hektar sahədə arpa əkilsə də, bu il 7 min 563 hektar sahədə buğda və 24 min 086 hektar sahədə arpa əkilib.

Fermerlər azalmanın əsas səbəbini məhsulun qiyməti ilə əlaqələndirirlər. Onların sözlərinə görə, 2024-cü ilin təsərrüfat ilində məhsulun bir kiloqramının qiyməti ötən illə müqayisədə xeyli azalaraq 55-60 qəpikdən 35-40 qəpiyə düşüb. Buna görə də fermerlər bu il pambıq, noxud və bostan bitkilərinin əkininə daha çox üstünlük veriblər.

Mövzu ilə bağlı "Report"un Muğan bürosuna danışan ekoloji məsələlər və kənd təsərrüfatı üzrə mütəxəssis Mirsahib Zəkiyev qeyd edib ki, bölgədə taxıl əkini sahələrinin azalmasının əsas səbəbi növbəli əkinlə bağlıdır. Çünki taxılçılıqda növbəli əkininin torpağın strukturunun saxlanmasında və məhsuldarlığın artırılmasında böyük rolu var:

"Məlum olduğu kimi müxtəlif kənd təsərrüfatı bitkiləri eyni bir sahədə ardıcıllıqla becərildikdə, onların hər birinin torpaqdan zəruri minerallarla qidalanmaları təbii şəkildə azalır.

Əkinlərin növbələşdirilməsi isə xəstəliklərin inkişafının qarşısını alır, alaq otlarının azalmasına, torpaq strukturunun, yəni torpaq hissəciklərinin və məsamələrinin yaxşılaşmasına səbəb olur. Buna görə də fermerlər dənli bitkiilərin əkininə fasilə verərək pambıq, yonca, şəkər çuğunduru və digər bitkilərin əkininə üstünlük veriblər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://baku.ws
archiveBu xəbər 30 May 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri