Icma.az
close
up
RU
Müharibədə vəziyyət dəyişdi: Moskva vurulacaq Rusiya təşvişdə

Müharibədə vəziyyət dəyişdi: Moskva vurulacaq Rusiya təşvişdə

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenskiyə guya Moskvanı vurmağa icazə verdiyi ilə bağlı yayılan xəbərlər son günlər beynəlxalq medianın diqqət mərkəzinə çevrilib. Lakin Tramp bu məlumatı qəti şəkildə təkzib edib və belə bir göstərişin verilmədiyini bəyan edib. Buna baxmayaraq, Rusiya-Ukrayna müharibəsinin gedişatında Moskvaya hücum ehtimalları yenidən gündəmə gəlib. 

Hazırkı şəraitdə Moskvanın birbaşa hədəfə alınması nə dərəcədə real görünür və bu, regionda təhlükəsizlik balansını necə dəyişə bilər?

Məsələ ilə bağlı News24.az-a danışan politoloq Əziz Əlibəyli bildirib ki, belə bir açıqlamanın gündəmə gəlməsi təsadüfi deyil. Bu, Ukrayna cəbhəsində yaranan ciddi hərbi problemlərlə sıx bağlıdır:

"Əsgərlərin istifadə edə biləcəyi silahlar baxımından Ukrayna hazırda yaxşı vəziyyətdə deyil. Növbəti aylar – iyul və avqust müharibənin gedişatı üçün həlledici dövrdür. Xüsusilə də, Ukraynanın silah anbarlarının doluluğu və hərbi-logistik imkanları yaxın gələcəkdə baş verə biləcək genişmiqyaslı əməliyyatların taleyini müəyyən edə bilər. Ukrayna kritik sayılan avqust ayından gərək salamat çıxsın. Əgər vəziyyət Ukrayna üçün çıxılmaz və dönməz həddə çatarsa, Moskvanın hədəfə alınması ehtimalını belə gözə ala bilərlər".

Əlibəylinin fikrincə, bu cür radikal addım yalnız son çarə kimi düşünülə bilər və bu, təkcə müharibənin yox, bütövlükdə beynəlxalq təhlükəsizlik sisteminin yenidən dizaynına səbəb ola bilər:

“Moskva kimi strateji mərkəzin hədəfə alınması artıq lokal münaqişədən çıxıb qlobal müharibə riski yaradar. Amma Ukrayna tərəfi bu riski yalnız ciddi bir dönüş nöqtəsində, vəziyyətin tam olaraq nəzarətdən çıxdığı anda düşünə bilər”.

Aqil Qarayev
News24.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://news24.az
archiveBu xəbər 17 İyul 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri