Icma.az
close
up
RU
Münaqişə çoxşaxəli xarakter almağa başlayıb ŞƏRH EDİLDİ

Münaqişə çoxşaxəli xarakter almağa başlayıb ŞƏRH EDİLDİ

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Rusiya–Ukrayna müharibəsinin gedişində son aylarda ciddi strateji dəyişikliklər müşahidə olunur. Bu dəyişikliklər xüsusilə Ukraynanın Rusiyanın arxa cəbhəsində yerləşən hədəflərə endirdiyi zərbələrin intensivləşməsi və bunun həm hərbi, həm də psixoloji müstəvidə yeni vəziyyət yaratması ilə diqqət çəkir".

Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.

Onun sözlərinə görə, tərəflərin həyata keçirdiyi pilotsuz uçuş aparatları və raket zərbələrinin xarakterinə nəzər saldıqda fərqli yanaşmalar müşahidə olunur:

"Rusiya əsasən Ukraynanın enerji infrastrukturuna və yaşayış məntəqələrinə hücumlar həyata keçirir. Bu cür hücumlar nəticəsində mülki itkilər və infrastruktur dağıntıları baş verir ki, bu da beynəlxalq humanitar hüquq baxımından ciddi müzakirə mövzusudur.

Ukrayna isə əsas diqqəti Rusiyanın hərbi potensialına təsir göstərə biləcək obyektlərə yönəldib. Əvvəllər əsasən hərbi hissələr, silah-sursat anbarları və müdafiə sənayesi müəssisələri hədəf seçilirdisə, son dövrdə enerji, logistika və sənaye infrastrukturuna endirilən zərbələrin sayı artıb. Bu addımların məqsədi Rusiyanın hərbi təminat imkanlarını zəiflətmək və iqtisadi yükünü artırmaq kimi qiymətləndirilir.

Son həftələrdə Rusiyada yanacaq təchizatı ilə bağlı problemlər, bəzi bölgələrdə uzun növbələr və logistika çətinlikləri barədə məlumatlar yayılıb. Bununla yanaşı, müxtəlif kommersiya obyektlərində baş verən yanğınlar və zədələnmələr də diqqət çəkir. Bu hadisələr fonunda müharibənin daxili sosial-iqtisadi təsirləri daha qabarıq şəkildə hiss olunmağa başlayıb.

Müharibənin hazırkı mərhələsində hər iki tərəf təkcə cəbhə xəttində deyil, həm də informasiya və psixoloji müstəvidə üstünlük qazanmağa çalışır. Hərbi əməliyyatların gedişi ilə yanaşı, ictimai rəyin formalaşdırılması və qarşı tərəfin mənəvi durumuna təsir göstərilməsi də müasir müharibənin mühüm elementlərindən biri hesab olunur.

Ümumiyyətlə, son dövrdə baş verən hadisələr göstərir ki, müharibə artıq yalnız ön cəbhədə gedən döyüşlərlə məhdudlaşmır. Enerji infrastrukturu, logistika, iqtisadi obyektlər və informasiya məkanı da qarşıdurmanın əsas istiqamətlərinə çevrilib. Bu isə münaqişənin hərbi, iqtisadi və psixoloji ölçülərinin daha da genişləndiyini göstərir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 İyul 2026 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see235

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see226

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see223

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see219

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see213

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see208

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see206

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see203

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see202

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see198

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see196

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see193

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see193

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see193

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see192

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see192

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see190

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see189

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see186

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri