Icma.az
close
up
RU
Müqəddəs Taxt Tac: Süni intellektə həddən artıq etibar etmək tənqidi təfəkkür və yaradıcılıq bacarıqlarını zəiflədir

Müqəddəs Taxt Tac: Süni intellektə həddən artıq etibar etmək tənqidi təfəkkür və yaradıcılıq bacarıqlarını zəiflədir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Vatikan, 30 sentyabr, AZƏRTAC

Süni intellekt empatiya, etika və mənəvi məsuliyyət kimi unikal insan qabiliyyətlərini əvəz edə bilməz.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Müqəddəs Taxt-Tacın Vatikanda qeyd olunacaq 60-cı Ümumdünya Sosial Kommunikasiyalar Günü ilə bağlı yaydığı məlumatda yer alıb.

Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo 2026-cı il mayın 17-də keçiriləcək bu bayramın mövzusunu “İnsan səslərinin və üzlərinin qorunması” kimi seçib.

“Bugünkü kommunikasiya ekosistemlərində texnologiya qarşılıqlı əlaqələrə əvvəlkindən daha çox təsir edir - xəbər lentlərini quran alqoritmlərdən tutmuş bütün mətnləri və söhbətləri hazırlayan süni intellektə qədər. Texnologiyadakı irəliləyişlər bir neçə il əvvəl ağlasığmaz olan imkanlar kimi görünürdü. Lakin bu cür alətlər empatiya, etika və mənəvi məsuliyyət kimi unikal insan qabiliyyətlərini əvəz edə bilməz”.

Müqəddəs Taxt-Tac süni intellektlə bağlı real risklər barədə xəbərdarlıq edib: “O, cəlbedici, lakin yanıltıcı, manipulyasiya edən və zərərli məlumatlar yarada, təlim məlumatlarından qərəz və stereotipləri təkrarlaya, insan səsləri və üzlərinin simulyasiyası vasitəsilə dezinformasiyanı gücləndirə bilər. Süni intellektə həddən artıq etibar etmək tənqidi təfəkkür və yaradıcılıq bacarıqlarını zəiflədir, eyni zamanda, bu sistemlərə inhisarlaşdırılmış nəzarət gücün mərkəzləşdirilməsi və bərabərsizliklə bağlı narahatlıqları artırır. Kommunikasiyanın gələcəyi müasir texnologiyaların insan səsini aşındıran qüvvələr deyil, insan həyatına xidmət edən və birləşdirən alətlər olmasını təmin etməlidir”.

Vatikan dezinformasiya riski ilə mübarizə aparmaq üçün təhsil sistemlərində media və süni intellekt savadlılığının tətbiqinə çağırıb.

Qeyd edək ki, Ümumdünya Sosial Kommunikasiyalar Günü 1967-ci ildə Papa VI Pavelin təsis etdiyi və Katolik Kilsəsi tərəfindən qeyd olunan illik bayramdır.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2025 00:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri