Icma.az
close
up
RU
“Müraciətlərim təmin edilməmiş, sosial vəziyyətimə dair heç bir yardım göstərilməmişdir” 44 GÜNLÜK QARABAĞ SAVAŞININ İŞTİRAKÇISINDAN PREZİDENTƏ MÜRACİƏT

“Müraciətlərim təmin edilməmiş, sosial vəziyyətimə dair heç bir yardım göstərilməmişdir” 44 GÜNLÜK QARABAĞ SAVAŞININ İŞTİRAKÇISINDAN PREZİDENTƏ MÜRACİƏT

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Göyçay şəhəri, Xətai küçəsi, ev 19-da yaşayan Abbasov Daşqın Vüqar oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət daxil olub. Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Mən, Abbasov Daşqın Vüqar oğlu, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsinin iştirakçısı, 2-ci Qarabağ müharibəsi veteranıyam. Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Ağdamın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişəm.

Hazırda “Azəriqaz” İstehsalat Birliyinin tabeliyində fəaliyyət göstərən Kürdəmir Xidmət Sahəsində çalışıram. Yaşayış yerim Göyçay rayonudur və hər gün 75 km məsafə qət edərək işə gedib-gəlməli oluram. Bu məsafənin gündəlik qət edilməsi həm fiziki, həm psixoloji, həm də maddi baxımdan ciddi çətinliklər yaradır. Üstəlik, himayəmdə yaşlı atam var və ailə vəziyyətim məndən daha çox evdə olmağı tələb edir.

Bu səbəbdən, iki dəfə “Azəriqaz” İB-nin baş direktoru cənab Azər Məmmədovun qəbulunda olmuş, iş yerimin Göyçay rayonuna və ya yaxın əraziyə — usta və ya mühəndis kimi — dəyişdirilməsi üçün köməklik göstərilməsini xahiş etmişəm. Həmçinin, Həmkarlar İttifaqına müraciət edərək, yol xərcləri ilə bağlı dəstək istəmişəm. Lakin müraciətlərim təmin edilməmiş, mənim sosial vəziyyətimə dair heç bir yardım göstərilməmişdir.

Cənab Prezident İlham Əliyev dəfələrlə çıxışlarında müharibə iştirakçılarına xüsusi qayğı göstərilməsi, onların problemlərinin operativ şəkildə həll olunmasının vacibliyini vurğulamışdır. Həmçinin, “Veteranlar haqqında” qanunun 1-ci maddəsində veteranların sosial müdafiəsi və zəruri ehtiyaclarının təmin olunması birbaşa dövlət orqanları üçün öhdəlik kimi müəyyən edilib.

Təəssüf ki, “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi nə dövlət başçısının tapşırıqlarını, nə də mövcud qanunvericiliyin tələblərini icra edir. Bu vəziyyət, müharibə veteranı kimi, mənim hüquqlarımın pozulmasına və sosial rifahımın ciddi şəkildə zəifləməsinə səbəb olur.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Sizdən xahiş edirəm:

- “Azəriqaz” İstehsalat Birliyində mənə qarşı laqeyd münasibətlə bağlı məsələyə hüquqi qiymət verilməsi üçün göstəriş verəsiniz.

- İş yerimin yaşadığım Göyçay rayonuna və ya yaxın əraziyə dəyişdirilməsi üçün müvafiq qurumlara tapşırıq verilməsi imkanını nəzərdən keçirəsiniz.

- Müharibə veteranı kimi sosial təminat və qayğı ilə bağlı hüquqlarımın bərpasına yardım göstərəsiniz.

Müraciətimin obyektiv şəkildə araşdırılacağına və lazımi tədbirlərin görüləcəyinə inanıram.

Onu da qedy edim ki, məktublar elektron formada yuxarıda qeyd olunan dövlət qurumlarına göndərilib. Bununla əlaqədar  SOCAR İRD-na etdiyim şikayətə cavab olaraq bildirilib ki, keçən ildən etibarən bütün səlahiyyətlər “Azəriqaz” İB-nin regional kadrlarına verilib”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.

Share

Tweet

Email

Share

Share

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 Dekabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri