Icma.az
close
up
RU
“Mü­şa­hi­də et­dik ki, qon­şu­la­rı­mı­zın irə­li get­mə­si­nin sə­bə­bi qə­zet­lər, ki­tab­lar, mək­təb­lər və te­at­rlar imiş”

“Mü­şa­hi­də et­dik ki, qon­şu­la­rı­mı­zın irə­li get­mə­si­nin sə­bə­bi qə­zet­lər, ki­tab­lar, mək­təb­lər və te­at­rlar imiş”

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri, alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist Əli bəy Hüseynzadənin (24 fevral 1864, Salyan – 17 mart 1940, İstanbul) doğum günüdür. Əli bəy Hüseynzadə "Qırmızı qaranlıqlar içində yaşıl işıqlar" məqaləsi ilə "təhsilin fasiləsizliyi konsepsiyası"nın əsasını qoymuşdur”.

Redaktor.az xəbər verir ki, bunu təhsil eksperti Etibar Əliyev deyib. O, daha sonra çıxışına bunları əlavə edib:

“Həmin məqalədən: "Mək­təb­lər aç­ma­ğa cəhd edi­rik, la­kin nə ki­fa­yət qə­dər pul, nə mil­li proq­ra­ma mü­va­fiq ki­tab­lar və nə də öz din və di­li­ni yax­şı bi­lən mü­əl­lim­lər tap­mı­rıq. Fə­da­kar və qey­rət­li gən­clər bir ye­rə gə­lib müx­tə­lif ad­lar al­tın­da ic­ti­ma­i təş­ki­lat­lar ya­ra­dır­lar. Ancaq təş­ki­lat­çı­lıq­la­rın qey­ri-mün­tə­zəm və zə­if əla­qə­lə­ri ol­du­ğu üçün çox keç­mə­dən da­ğı­lır­lar. Te­at­rın fay­da­sı­nı an­la­yan mə­də­ni gən­clə­ri­miz in­cə­sə­nət ocaq­la­rı ya­rat­maq üçün ta­ma­şa­lar təş­kil edir­lər. “Hə­miy­yət”, “Bi­rin­ci şir­kət”, “İkin­ci şir­kət” fi­lan mey­da­na gə­ti­ri­lər. La­kin nə tə­si­re­di­ci bir re­per­tu­ar ta­pır­lar, nə də xalq tə­rə­fin­dən ye­tər­li rəğ­bət gö­rür­lər.

Bü­tün iş­lə­ri­miz be­lə­dir. Bu du­ru­mun sə­bə­bi nə­dir? Bur­da bir he­ka­yə­ni xa­tır­la­maq is­tər­dim: hə­lə ib­ti­da­i mək­təb­də oxu­yar­kən mə­nim dərs yol­daş­la­rı­mın için­də iki şa­gird var idi ki, iki­si­nin də rəs­sam­lı­ğa qar­şı föv­qə­la­də is­te­dad və hə­vəs­lə­ri möv­cud idi. Bun­la­rın çək­dik­lə­ri şə­kil­lə­rə di­gər yol­daş­lar hər za­man qib­tə edər­di. Bir gün bu hə­vəs­kar rəs­sam­la­rın bi­ri­ni ata­sı mək­təb­dən çı­xa­rıb özü­nə kö­mək­çi et­mək üçün sa­tı­cı et­di. Di­gər yol­da­şı­mız isə mək­tə­bə da­vam edə­rək bir ne­çə il­dən son­ra təh­si­li­ni ta­mam­la­yıb öz is­te­da­dı is­ti­qa­mə­tin­də rəs­sam­lıq­da in­ki­şaf et­mək üçün Pe­ter­bur­qa get­di. Ora­da in­cə­sə­nət Aka­de­mi­ya­sı­na da­xil ol­du. Bu mək­təb­də də üç-dörd il təh­sil al­dıq­dan son­ra gö­zəl bir şə­ha­dət­na­mə al­maq­la ki­fa­yət­lən­mə­yə­rək, Alma­ni­ya­nın Drez­den və Mün­xen şə­hər­lə­ri­nə ge­dib bu şə­hər­lər­də­ki di­gər mü­əl­lim­lər­dən dərs al­dı. Ən nə­ha­yət isə, in­cə­sə­nət sa­hə­sin­də da­ha yet­kin ha­la gəl­mək üçün Hol­lan­di­ya, Bel­çi­ka və Pa­ris mu­zey­lə­rin­də gəz­dik­dən son­ra İta­li­ya­nın pay­tax­tı Ro­ma­ya yollandı. O, bu­ra­da da bir-iki il qa­lıb Ra­fa­el­lə­rin, Kor­re­ci­o­la­rın, Mi­ke­lan­ce­lo­la­rın, Le­o­nar­do da Vin­çi­lə­rin, Tis­si­yan­la­rın, Bo­ti­çel­li­lə­rin əsər­lə­ri­ni təd­qiq et­di. Bi­zim rəs­sam yol­da­şı­mız an­caq bu qə­dər zəh­mət­dən son­ra öz və­tə­ni­nə qa­yı­dıb rəs­sam­lı­ğa baş­la­dı. Sa­tı­cı olan yol­da­şım­la bu rəs­sa­mın bir-bi­rin­dən ay­rıl­dıq­la­rı­nın üzə­rin­dən tam iyir­mi il keç­miş­di. Bir gün bi­zim sa­tı­cı­nın yo­lu Mos­kva şə­hə­ri­nə düş­dü, ora­da bir rəsm sər­gi­si açıl­mış­dı. Sa­tı­cı da sər­gi­ni gəz­mə­yə get­di. Bir ne­çə rəsm əsə­ri­nin üzə­rin­də öz köh­nə yol­da­şı­nın im­za­sı­nı gö­rüb ta­nı­dı.

Rəs­mlə­rin al­tın­da isə bir ka­ğız par­ça­sın­da qiy­mət­lə­ri­ni gös­tə­rən bu söz­lər ya­zıl­mış idi: üç min ma­nat, beş min ma­nat, yed­di min ma­nat...

Bi­zim dü­kan­çı xə­ya­la dal­dı. Vax­ti­lə yol­da­şın­dan da­ha çox is­te­dad­lı və qa­bi­liy­yət­li ol­du­ğu bir sə­nə­ti tərk edib sa­tı­cı­lıq­la məş­ğul idi. Dü­kan­çı­lıq­da isə ay­da yüz əl­li, iki yüz ma­nat­dan, yə­ni il­də iki min ma­nat­dan çox pul qa­za­na bil­mir­di. Rəs­sam olan yol­da­şı isə, şüb­hə­siz, il­də qırx-əl­li min ma­nat qa­za­nır­dı. Ata­sı o za­man­lar və­fat et­miş olan bi­zim dü­kan­çı şə­hə­rə qa­yı­dar-qa­yıt­maz dü­ka­nı bağ­la­dı. Rəs­sam­lıq­dan otuz-qırx min ma­nat qa­zan­maq müm­kün ikən dü­ka­nın nə lü­zu­mu var idi. Dü­kan­çı bir ma­ğa­za­ya ge­dib rəs­sam­lı­ğa da­ir bir çox alət­lər və rən­glər alıb ye­ni­dən rəs­sam­lı­ğa baş­la­dı. Bir ne­çə bö­yük rəsm çə­kib sər­gi­yə gön­dər­di... La­kin hey­hat! Bu löv­hə­lə­rə otuz, ya qırx ma­nat­dan çox pul ve­rən müş­tə­ri ta­pıl­ma­dı!.. Çün­ki dü­kan­çı bir mə­qa­mı unut­muş­du. O, bil­mir­di ki, rəs­mlə­rin üç, dörd min ma­na­ta sa­tıl­ma­sı üçün əv­vəl­cə pe­ter­bur­qlar­da, ber­lin­lər­də, drez­den­lər­də, mün­xen­lər­də, ro­ma­lar­da iyir­mi ilə qə­dər ça­lış­maq la­zım­dır...

Dü­kan­çı elə zənn edir­di ki, ya­şıl çə­mən­lə­rin, ağac­la­rın rəs­mi ya­şıl ilə boz rən­gli daş­la­rın, qa­ya­la­rın rəs­mi də ağ və qa­ra­dan iba­rət rən­glər­lə çə­ki­lir...

Be­lə­lik­lə, bi­zim və­ziy­yə­ti­miz də bu dü­kan­çı­nın ha­lı­na ox­şa­yır: Biz in­qi­lab gu­rul­tu­su və dal­ğa­la­rı­nın tə­si­ri ilə oya­nıb gör­dük ki, "Karvan gedib, hələ biz yolun yarısındayıq."

Biz mü­şa­hi­də et­dik ki, qon­şu­la­rı­mı­zın irə­li get­mə­si­nin sə­bə­bi qə­zet­lər, mət­bə­ə­lər, ki­tab­lar, mək­təb­lər, məd­rə­sə­lər, sə­nət nü­mu­nə­lə­ri, cə­miy­yət­lər, şir­kət­lər, təş­ki­lat­lar, te­at­rlar imiş!.. Biz də tə­lə­sə­rək bun­la­rı yar-ya­rım­çıq dü­zəl­tmə­yə baş­la­dıq. Bil­mi­rik ki, qon­şu­la­rı­mız qırx, əl­li il­dən bə­ri­dir ça­lı­şır­lar. Bil­mi­rik ki, on min ma­nat­lıq rəs­mlər çək­mək üçün Ayva­zov­ski­lər əv­vəl­cə otuz ilə qə­dər əmək sərf et­miş­lər...

Yax­şı ki, mil­lə­ti­miz­də tə­bi­i bir is­te­dad, keç­miş mə­də­niy­yət­lə­ri­miz­dən bi­zə ir­sən ke­çən bir qa­bi­liy­yət var imiş. Yox­sa rəs­mlə­ri­miz, por­tret­lə­ri­miz heç qırx, əl­li ma­na­ta da sa­tıl­ma­ya­caq idi!.. La­kin hər hal­da mü­vəq­qə­ti qə­zet­lər­dən, mək­təb­lər­dən, məs­cid­lər­dən, cə­miy­yət­lər­dən, in­cə­sə­nət mər­kəz­lə­rin­dən iba­rət qırx, əl­li ma­nat­lıq bu ic­ti­ma­i rəs­mlə­ri­miz də “qır­mı­zı qa­ran­lıq­lar için­də ya­şıl işıq­lar­dır...” Əksə­riy­yə­ti, da­i­mi ol­ma­sa­lar da, gün­dən-gü­nə ədəd­lə­ri ço­xa­lır. İşı­ğın bi­ri sön­dük­cə, ye­ri­nə di­gər iki­si ya­nır." 1906-CI İL”.

Vasif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Fevral 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see326

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see202

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see190

“Rusiya Ukrayna müharibəsinin həllində əhəmiyyətli irəliləyiş var” Tramp

13 Dekabr 2025 08:23see155

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see145

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see143

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see142

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see141

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see139

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see136

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see133

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see131

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see130

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see128

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see128

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see127

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see127

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see127

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see127

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri