Icma.az
close
up
RU
Müstəqillik Gününə həsr olunmuş ümumrespublika full kontakt karate seminarı keçirilib FOTO

Müstəqillik Gününə həsr olunmuş ümumrespublika full kontakt karate seminarı keçirilib FOTO

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Karate Federasiyasının rəhbərliyi və “KWU-WFKF” birliyinin təşkilatçılığı ilə 28 May – Respublika Günümünasibətilə full kontakt karate üzrə ümumrespublika seminarı uğurla təşkil olunub.

İdman.biz xəbər verir ki, tədbirə ölkənin müxtəlif bölgələrindən 400-ə yaxın karateçi qatılıb.

Seminar Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb və Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin rəsmi açılışında çıxış edən Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Füzuli Musayev, AKF prezidenti adından iştirakçıları salamlayaraq deyib ki, 28 May Respublika Gününə həsr olunmuş möhtəşəm seminarda bir araya gəlmək böyük şərəfdir: "Azərbaycan Respublikasının müstəqilliyi hər birimizin qürur mənbəyidir. Biz bu müstəqilliyin qorunması və inkişafı üçün yalnız cəbhədə deyil, idmanda da öz töhfəmizi verməliyik. Karate – yalnız idman deyil, həm də bir həyat tərzidir. Bu sənət vasitəsilə biz gənclərimizə həm mənəvi, həm də fiziki güc aşılamaqdayıq.
Azərbaycan Karate Federasiyası olaraq məqsədimiz təkcə idman uğurları deyil, həm də sağlam, vətənpərvər gənclərin yetişməsinə dəstək olmaqdır. Bugünkü seminarda iştirak edən hər bir karateçini təbrik edir, uğurlar arzulayıram. Müstəqilliyimiz daim olsun".

Ardınca çıxış edən AKF -in baş katibi və “KWU-WFKF” birliyinin sədri Qabil Sayadov, tədbirin təşkilində göstərilən dəstəyə görə federasiya rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirib. O, belə seminarların gənc idmançıların inkişafı və beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etmələri baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Seminarın praktiki hissəsi təşkilat nümayəndələri Hamlet Əlili, Rza Mustafayev, Vidadi Xəlilov, Rasim Oqniev, Anar Məmmədov və digər təcrübəli mütəxəssislərin rəhbərliyi ilə həyata keçirilib. Məşqlər zamanı iştirakçılara müxtəlif texniki və taktiki elementlər öyrədilib, yeni metodik yanaşmalar tətbiq olunub.

Tədbirin sonunda 100 -ə yaxın karateçi müxtəlif kyu dərəcələri üzrə imtahan verərək öz bilik və bacarıqlarını nümayiş etdiriblər. İmtahanlar peşəkar hakim heyəti tərəfindən obyektiv şəkildə qiymətləndirilib.

Azərbaycan Karate Federasiyası bildirir ki, bu kimi tədbirlər gələcəkdə də ardıcıl olaraq davam etdiriləcək və ölkə üzrə karate idman növünün bütün üslublarının inkişafına hərtərəfli dəstək göstəriləcək.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 29 May 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri