Icma.az
close
up
RU
Müstəqilliyimiz əbədidir: El gücünün qarşısında heç bir qüvvə dayana bilməz

Müstəqilliyimiz əbədidir: El gücünün qarşısında heç bir qüvvə dayana bilməz

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 7 aprel, AZƏRTAC

“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin təkrar nəşrinin 5-ci kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, bu kitabda yer alan materiallar 1994-cü il oktyabrın 3-dən dekabrın 9-dək olan dövrü əhatə edir. Nəşrə Ulu Öndər Heydər Əliyevin çıxışları, nitqləri, bəyanatları, müraciətləri, müsahibləri, məktubları daxil edilib.

Bu kitabda 1994-cü il oktyabrın 4-də müəyyən qüvvələrin dövlət çevrilişinə cəhd etdikləri zaman Ulu Öndərin Azərbaycan Televiziyası ilə xalqa müraciəti və bu müraciətdən sonra həmin gün Prezident Aparatının (indiki Prezident Administrasiyası) qarşısında, oktyabrın 5-də isə Azadlıq meydanında keçirilmiş ümumxalq mitinqlərində söylədiyi geniş nitqlər öz əksini tapıb. Xatırladaq ki, 1994-cü il oktyabrın 4-də Prezident sarayının qarşısındakı mitinqdə Ümummilli Lider Heydər Əliyev demişdi: “Çox məmnunam ki, mənim çağırışıma səs verdiniz, şəhərin müxtəlif yerlərindən buraya toplaşdınız. Burada alovlu nitqlər səslənir, insanlar həyəcana gəlib, coşub, Azərbaycanın hər yerində küçələrə, meydanlara çıxaraq, öz mənliyini, milli qürurunu, dövlətçiliyini, müstəqilliyini qoruyurlar. Çox sağ olun, minnətdaram.

Atalardan qalmış müdrik məsəl var: el gücü sel gücüdür. El gücünün qarşısında heç kəs, heç bir qüvvə dayana bilməz. Mənim də dayağım, güvəndiyim xalqımdır, sizsiniz, əziz Azərbaycan vətəndaşlarıdır. Sağ olun”.

Həmin dövrdə Azərbaycan dövlət müstəqilliyinin bərpa edilməsinin üçüncü ilini yaşayırdı. Bu münasibətlə keçirilmiş iclasda Ulu Öndər Heydər Əliyev milli azadlıq ruhunun xalqın daim qəlbində olduğunu, heç bir qüvvənin bu hərəkatın qarşısını ala bilmədiyini vurğulayaraq demişdi: “Azərbaycan xalqının qəlbində milli azadlıq ruhu, müstəqillik ruhu daim yaşamışdır. Azərbaycanın qabaqcıl adamları, mütəfəkkir şəxsiyyətləri, ziyalıları, milli şüura malik insanları daim ümidlə yaşamışlar ki, Azərbaycan öz müstəqilliyini əldə edəcək, milli azadlığa nail olacaqdır. 1980-1990-cı illərdə baş verən proseslər Azərbaycanda milli azadlıq uğrunda mübarizəni yenidən gücləndirmiş və o zaman Sovet İttifaqında, bütün dünyada gedən obyektiv tarixi proseslər nəticəsində Azərbaycanın öz müstəqilliyini əldə etmək şansı yaranmışdır.

Doğrudur, bu dövr Azərbaycan Respublikası üçün çox çətin və ağır dövr olmuşdur. Bir tərəfdən xalqın əksəriyyəti milli azadlıq, müstəqillik uğrunda çarpışmış, ikinci tərəfdən isə sovetlər hakimiyyətini, imperiyanı saxlamaq meylində olan Azərbaycandakı mühafizəkar qüvvələr yenə də bu hərəkatların qarşısını almağa çalışmışlar. Ancaq bu maneələr bir nəticə verməmişdir”.

Görkəmli dövlət xadimi Heydər Əliyev Türk dünyasının daha sıx birliyi, həmrəyliyi naminə təşəbbüslər irəli sürür, çağırışlar edirdi. Ulu Öndər Türk Xalqlarının Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının iştirakçılarına 1994-cü il 20 oktyabr tarixli müraciətində demişdi: “Özünün yeni yüksəliş dövrünü yaşayan çağdaş Türk dünyası bəşər sivilizasiyasına yeni misilsiz nümunələr vermək iqtidarındadır. Bu gün öz suverenliyini əldə etmiş bir çox türk cümhuriyyətlərinin bu sıraya qoşulması Türk dünyasının gələcəyinə işıqlı ümidlər oyadır. İqtisadi, siyasi və mədəni həyatın sıx telləri ilə birləşməyə başlamış türk xalqları yeni dünyanın mühüm amillərindən birinə çevrilməkdədir.

Ümidvaram ki, türk xalqlarının növbəti qurultayı bu ülvi arzuya yeni təkan verəcəkdir. Bu günlərdə öz müstəqilliyinin 3-cü ildönümünü qeyd etmiş müstəqil Azərbaycan Cümhuriyyəti türk xalqlarının qardaşlıq ailəsini möhkəmləndirmək üçün əlindən gələni edəcəkdir. Tarixi inkişafın yeni qoluna qədəm qoymuş türk xalqlarının sarsılmaz dostluğunun bundan sonra daha da möhləmlənəcəyinə heç bir şübhəm yoxdur”.

Azərbaycan xalqının Ümummilli Lideri, eyni zamanda, qardaş Türkiyənin respublika, demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu sahələrində təcrübəsini yüksək qiymətləndirir, onun dünyadakı nüfuzunu xüsusi vurğulayırdı. 1994-cü ildə Türkiyə Respublikasının istiqlaliyyətinin 71-ci ildönümü münasibətilə qardaş ölkənin Azərbaycandakı səfirliyinin təşkil etdiyi mərasimdə çıxış edən Ulu Öndər Heydər Əliyev demişdi: “Türkiyə Respublikası 71 il içərisində həm siyasi cəhətdən, həm ictimai cəhətdən, həm də iqtisadi cəhətdən böyük nailiyyətlər əldə etmişdir. Türklərin, türk xalqlarının nəyə qadir olduğunu dünyaya bir daha sübut edib, nümayiş etdirib. Bunlar hamısı bizi qəlbən sevindirir. Çünki biz 3 ildir ki, müstəqillik yoluna qədəm qoymuşuq. Müstəqillik yolu ilə gedərkən Türkiyənin təcrübəsindən, 71 il ərzində respublika qurmaq, demokratik cəmiyyət yaratmaq, hüquqi dövlət qurmaq yolunda Türkiyənin əldə etdiyi nailiyyətlərdən və təcrübədən istifadə edirik və bundan sonra da istifadə edəcəyik”.

1994-cü il mədəni mühitdə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyi ilə əlamətdar olub. Ulu Öndər Heydər Əliyev dahi şairlə bağlı respublikada və xaricdə keçirilən tədbirlərdə şəxsən iştirak edir, dərin məzmunlu nitqlər söyləyirdi. Belə tədbirlərdən biri də Türkiyədə Bilkənd Universitetində təşkil edilmişdi. Həmin tədbirdə çıxış edən Ulu Öndər dahi şairin 500 illiyinin qeyd edilməsini Türk dünyasının bayramı kimi dəyərləndirərək demişdi: “Bütün Türk dünyasını bu böyük bayram münasibətilə təbrik edirəm.

Xalqlarımız çoxəsrlik tarixi ərzində böyük sınaqlardan keçmiş, böyük çətinliklərlə rastlaşmış, özlərinin milliliyini, mənəviyyatını, dilini, dinini yaşatmış, saxlamış və bugünkü xoşbəxt günlərə gətirib çıxarmışlar. Bizim xalqlarımız dünya mədəniyyətinə böyük şəxsiyyətlər bəxş etmiş, dünya sivilizasiyasını elm, mədəniyyət sahəsində dəyərli əsərlərlə zənginləşdirmişlər.

Bu sırada, xalqlarımızın böyük şəxsiyyətləri sırasında Məhəmməd Füzulinin xüsusi yeri var. 500 ildir ki, xalqlarımız Məhəmməd Füzulinin əsərlərindən ilham alaraq, bunların təsiri altında yaşayıb-yaradır, öz mənəviyyatlarını, öz mədəniyyətlərini yaşadırlar. Məhəmməd Füzuli öz əsərləri, böyük mədəni-mənəvi irsi ilə xalqlarımızın daim bir-biri ilə yanaşı olmasının, birlikdə olmasının əsasını qoymuşdur. Onun əsərləri xalqlarımızın çətinliklərdən keçərək bu günə gəlib çıxmasına daim kömək etmiş, bizim üçün məktəb olmuşdur”.

Xatırladaq ki, Füzulinin yubileyinin UNESCO-nun qərarı ilə beynəlxalq səviyyədə qeyd edilməsi də Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Oxucu bütün bu çıxışların mətnləri ilə çoxcildliyin 5-ci kitabında tanış ola bilər.

Bu cilddə, həmçinin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkənin bazar iqtisadiyyatına keçid dövründə yaranmış çətinliklərin dəf edilməsi, respublikamızın ərazi bütövlüyüynün bərpası üçün ölkə rəhbərinin beynəlxalq aləmdə apardığı intensiv danışıqlar, erməni təcavüzünün ağır nəticələrinin aradan qaldırılması, daxili və xarici siyasətin başlıca istiqamətləri, ictimai-siyasi həyatın digər vacib məsələlərinə dair materiallar verilib.

Kitabın buraxılışına məsul “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur.

Nəşrin hazırlanmasında AZƏRTAC-ın materiallarından istifadə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Aprel 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see779

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see325

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see261

Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq Dövlət Vergi Xidməti

28 Noyabr 2025 11:32see202

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see199

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see193

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see192

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see183

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see176

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see149

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see148

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see144

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see133

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see130

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see129

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

Oğlunun toyunda geyindiyi açıq saçıq paltardan DANIŞDI

27 Noyabr 2025 17:17see127

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see127

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see126

“Beşiktaş”da kritik dönəm: Rafa Silva qərarını bildirdi

26 Noyabr 2025 19:42see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri