Icma.az
close
up
RU
Mütəxəssis: Osteoporoz xəstəliyi qadınlarda daha çox müşahidə olunur

Mütəxəssis: Osteoporoz xəstəliyi qadınlarda daha çox müşahidə olunur

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 20 oktyabr, AZƏRTAC

Osteoporoz sümük toxuması kütləsinin və keyfiyyətinin azalması ilə xarakterizə olunan, sümükləri zəif və kövrək edən metabolik xəstəlikdir. Bu xəstəlik zamanı sümükdə mineral komponentlərin miqdarı azalır, mikroarxitekturası pozulur. Nəticədə sümük mexaniki gücünü itirir və minimal travma ilə belə sınıq baş verə bilir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, osteoporoz sistemli sümük xəstəliyi olub, əsas klinik əlaməti az travmalı və ya heç travma olmadan baş verən sınıqlardır. Bu xəstəliyin cəmiyyət üçün təhlükəsi onun uzun illər simptom verməməsi, yalnız sınıq baş verdikdə özünü göstərməsi və artıq gec mərhələdə aşkar olunması ilə bağlıdır. Ona görə də, osteoporoz tez-tez “səssiz epidemiya” adlandırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Baş direktorunun müavini – baş həkim Nizami Məmmədov bildirib.

O deyib ki, osteoporoz qadınlarda daha çox müşahidə edilir. Bu xəstəliyin kişilərdə təsadüf olunmasında isə yaşlanma, xroniki xəstəliklər və həyat tərzi faktorları əsas rol oynayır. Bundan əlavə, uzun müddət yataq rejimində qalan xəstələr, qidalanma problemi olan şəxslər və bəzi xroniki xəstəliklərdən əziyyət çəkənlər də yüksək risk qrupuna daxildir. “Xəstəliyin yaranması çoxfaktorlu prosesdir. Onun birinci səbəbi insanın yaşlanmasıdır. İnsan təbii olaraq 30–35 yaşında sümük kütləsinin ən yüksək səviyyəsinə çatır və bundan sonra yavaş-yavaş azalmağa başlayır. Xüsusən qadınlarda müəyyən dövrdən sonra estrogen hormonunun kəskin azalması sümük itkisini sürətləndirir. Genetik amillər də əhəmiyyətlidir. Birinci dərəcəli qohumlarda osteoporoz və ya bud boynu sınıqları müşahidə edilibsə, bu, riskin yüksək olduğunu göstərir. Burada qidalanma da vacib amildir. Belə ki, orqanizm kifayət qədər kalsium və D vitamini qəbul etmədikdə, sümük toxumasının möhkəmliyi azalır. Hərəkətsizlik, yəni fiziki aktivliyin az olması sümük toxumasının stimullaşdırılmamasına gətirib çıxarır və nəticədə sümük kütləsi daha tez itirilir. Siqaret, alkoqol və uzun müddət kortikosteroid qəbulu da sümük metabolizmini pozur. Bütün bu amillər birləşərək osteoporozun yaranmasına zəmin yaradır. Osteoporozun ən təhlükəli xüsusiyyəti isə uzun müddət gizli qalmasıdır. İnsan illərlə sümük itkisi yaşasa da, bunu hiss etmir. Yalnız sümük kütləsinin xeyli azalmasından sonra klinik əlamətlər meydana çıxır. Bel və kürək nahiyəsində xroniki, sönük ağrılar, boyun getdikcə qısalması və qamburluq bu əlamətlərdəndir. Ən diqqətçəkən klinik nəticə isə yüngül yıxılmadan sonra baş verən sınıqlardır. Xüsusən bud boynu sınıqları, fəqərə sınıqları və bilək sınıqları osteoporozun tipik göstəricisidir. Bu sınıqlar insanın həyat keyfiyyətini ciddi şəkildə azaldır və bəzən ömür uzunluğunu da qısaldır”,- deyə N.Məmmədov bildirib.

Diaqnostikanın əsas üsulunun sümük mineral sıxlığının ölçülməsi olmasına diqqət çəkən mütəxəssis bunun üçün istifadə edilən densitometriya (DEXA) metodunun “qızıl standart” sayıldığını deyib. O vurğulayıb ki, “T-score” 2,5 və daha aşağı olduqda, osteoporoz diaqnozu qoyulur: “Rentgenoqrafiya yalnız gec mərhələdə sümük nazilməsini göstərir, lakin erkən mərhələlərdə kifayət qədər informativ deyil. Biokimyəvi analizlərdə kalsium, fosfor, D vitamini, paratiroid hormonu kimi göstəricilər qiymətləndirilir. Bundan əlavə, xəstənin anamnezi, ailə tarixi və həyat tərzi amilləri də diaqnozun dəqiqləşdirilməsində mühüm rol oynayır. Bu xəstəliyin ən ciddi nəticəsi sınıqlardır. Bud boynu sınıqları xəstələrin böyük bir hissəsində hərəkət məhdudiyyəti və yataq asılılığı ilə müşahidə olunur. Fəqərə sınıqları isə qamburluğa, belin formalaşmasında pozulmaya, boyun qısalmasına və daimi ağrılara səbəb olur. Həmçinin, osteoporozlu xəstələrdə hər bir yıxılma yeni sınıq riski deməkdir və bu, onların gündəlik həyatını qorxulu və məhdudlaşdırıcı hala gətirir. Xəstəliyin müalicəsi isə kompleks yanaşma tələb edir. Birinci mərhələdə həyat tərzinin dəyişdirilməsi vacibdir. Xəstə kalsium və D vitamini ilə zəngin pəhrizə üstünlük verməli, günəş işığından kifayət qədər faydalanmalı, fiziki aktivliyini artırmalı, siqaret və alkoqoldan uzaq durmalıdır. Dərman müalicəsində sümük rezorbsiyasını azaldan preparatlardan istifadə olunur. Müalicə ilə yanaşı, fizioterapiya və reabilitasiya proqramları da mühüm rol oynayır. Əzələlərin gücləndirilməsi və yıxılma riskinin azaldılması məqsədi ilə xüsusi məşqlər aparılır”.

Mütəxəssis osteoporozlu xəstələrin gündəlik həyatlarında diqqət etməli olduqları məqamlardan da danışıb. “Belə xəstələr ev şəraitində yıxılma riskini azaltmaq üçün ətraf mühiti təhlükəsiz etməlidir. Sürüşkən xalçalar, sərbəst naqillər yığışdırılmalı, pilləkənlərdə və vanna otağında tutacaqlar quraşdırılmalıdır. Hər gün orta intensivlikdə gəzinti və sadə idman hərəkətləri əzələləri möhkəmləndirir və sümüyün gücünü qoruyur. Qidalanmada kalsiumla zəngin məhsullar əsas yer tutmalıdır. Günəş işığından faydalanmaq orqanizmin təbii D vitamini sintezini artırır. Həkimin yazdığı dərmanlar vaxtında qəbul olunmalı və müalicə heç vaxt yarımçıq saxlanmamalıdır. Belə qaydalar gündəlik həyata tətbiq edildikdə, xəstələrdə sınıq riski əhəmiyyətli dərəcədə azalır və həyat keyfiyyəti yaxşı qalır. Erkən diaqnostika, vaxtında müalicə və profilaktika tədbirləri həyat keyfiyyətinin qorunmasında əsas rol oynayır. Hər bir insan sümük sağlamlığına diqqət yetirməli, xüsusən də risk qrupunda olan şəxslər mütəmadi olaraq müayinədən keçməlidirlər. Osteoporozla mübarizənin ən yaxşı yolu onun qarşısını almaqdır”, - deyə o diqqətə çatdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Oktyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri