Icma.az
close
up
RU
Natəvanın şair qohumları ədəbi mühitə hansı töhfələri verib?

Natəvanın şair qohumları ədəbi mühitə hansı töhfələri verib?

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AZƏRTAC Xurşidbanu Natəvana həsr olunan yazılar silsiləsini davam etdirir

Bakı, 10 avqust, AZƏRTAC

Xurşidbanu Natəvanın ailə şəcərəsinə nəzər saldıqda diqqətçəkən bir ədəbi mənzərə ilə qarşılaşırıq. Şairənin dayıları, bibiləri, əmisi, əmisi oğlu, hətta övladları belə söz sənətinə bağlı olublar. Onların bir qismi öz dövrünün tanınmış şairləri sırasında yer alıb, bir qismi isə yaradıcılığı ilə bu ədəbi ənənənin davamına töhfə verib. Bu zəngin ədəbi irsin yaradıcılıq dünyası barədə əvvəlki materialımızda da bəhs etmişdik.

Bu çevrədə Azərbaycan və fars dillərində yazan, müxtəlif poetik məktəbləri təmsil edən, fərqli dünyagörüşünə və yaradıcılıq üslubuna malik sənətkarlar bir araya gəlirdi. Onların hər birinin ədəbiyyata özünəməxsus yanaşması olsa da, hamısını birləşdirən əsas cəhətlərdən biri söz sənətinə olan bağlılıqları idi.

Maraqlıdır ki, bu ailədə poeziyaya maraq yalnız şairlərlə məhdudlaşmayıb. Natəvanın anası Bədircahan bəyimin də zaman-zaman şeir yazması ailədəki ədəbi ənənənin daha geniş çevrəyə yayıldığını göstərir.

Bəylər Məmmədovun müəllifi olduğu, Mustafa Çəmənlinin isə “Ön söz” yazıb redaktə etdiyi "Xurşidbanu Natəvan" kitabında şairənin şair qohumları ilə bağlı müxtəlif maraqlı məlumatlar yer alır. Həmin məqamları AZƏRTAC oxuculara təqdim edir.

Ya rəbb, üşşaqi nə üçün yaratdın,

Onu eşq oduna yandırıb yaxdın?!

Bu misraların müəllifi Xurşidbanu Natəvanın anası Bədircahan bəyimdir. XIX əsrdə azad məhəbbət, şəxsiyyət azadlığı problemi klassik poeziyamızın əsas mövzusunu təşkil etdiyi kimi, qadınların hüquqsuz vəziyyəti, nakam aşiqlərin acınacaqlı halı da Bədircahan bəyimi düşündürmüş və onların ədalətsiz dövran tərəfindən hər cür məhrumiyyətlərə, əzab-əziyyətlərə məhkum edilməsinə qarşı öz etirazını şeirlə bildirmək qərarına gətirib.

Bədircahan bəyim qadınların maariflənməsinin, azad və mədəni həyat keçirməsinin tərəfdarlarından olub, bu məqsədlə də qız məktəblərinin açılmasını, azərbaycanlı tələbələrin Rusiyada, Qafqazın müxtəlif şəhərlərində təhsil almasını ürəkdən alqışlayıb və bu yolda xeyli vəsait sərf edib.

İbrahimxəlil xanın qızı, şairə Xurşidbanu Natəvanın bibisi Ağabəyim ağa keçən yüzilliyin istedadlı qələm sahiblərindən olub. O, 1782-ci ildə Şuşada dünyaya gəlib, sarayda qayğısız uşaqlıq illərini yaşayıb. Qarabağın füsunkar təbiəti, qaynar həyatı Ağabəyim ağada gözəlliyə, vətənə və onun adamlarına vurğunluq hissini qüvvətləndirib, hafizəsində dərin iz salıb. O, ağlı, qabiliyyəti, həm də gözəlliyi və yüksək natiqlik məharəti ilə şöhrət tapıb.

Mən aşiqəm Qarabağ,

Şəki, Şirvan Qarabağ.

Tehran cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ.

Bu misralarda Qarabağa olan sonsuz sevgisini ifadə edən Ağabəyim ağanın həyatı və yaradıcılığı da elə bu dərin vətən məhəbbəti ilə sıx bağlı olub. O, müasirləri olan alim, şair, tarixçi, jurnalist və dövlət xadimlərinin nəzər-diqqətini cəlb edib, xalq arasında çoxlu pərəstişkarlar qazanıb. İstər sağlığında, istərsə də ölümündən sonra Ağabəyim ağanın incə zövqə, poetik təbə və dərin məlumata malik olmasına dair dövri mətbuatda bir sıra qiymətli rəy və mülahizələr söylənilib, haqqında maraqlı epizodlar, rəvayətlər yaranıb.

Şövqünlə yaşamaq əcəb xəyaldır,

Vüsalına çatmaq fəqət mahaldır.

Tuti təxəllüsü ilə Azərbaycan və fars dillərində şeir və qəzəllər yazan Natəvanın əmisi Əbülfət xan, məşhur Qarabağ hakimi İbrahimxəlil xan Cavanşirin oğludur. Şuşada təvəllüd tapan Əbülfət xan, saray mühitində tərbiyə alıb böyüyüb, tanınmış alim və mirzələrdən dərs alıb. Hələ məktəb yaşlarından görkəmli şair, dövlət xadimi Molla Pənah Vaqifin köməyi ilə klassik üslubda lirik şeirlər yazmağa həvəs göstərib, gənclik ehtirası ilə yaratdığı beyt və misralarda məhəbbətin ülviyyətinə, həyat gözəlliklərinə, ayrılığa dair dəyərli sözlər deməyə müvəffəq olub.

Beləliklə, Xurşidbanu Natəvanın şair qohumları sırasında adı çəkilən sənətkarların hər biri Qarabağın ədəbi mühitində özünəməxsus iz qoyub. Lakin bu ədəbi çevrə yalnız onların adları ilə məhdudlaşmır. Natəvanın digər şair qohumlarının həyat və yaradıcılığına nəzər saldıqda da bu zəngin ədəbi mühitin fərqli və maraqlı səhifələri üzə çıxır.

Müxbir – Gülay Nəzərova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Avqust 2026 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri