NAZİR MÜŞAVİRİNİ AGENTLİK SƏDRİ TƏYİN ETDİ Xanım sədri yola saldılar
Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri İnarə Vəliyeva vəzifəsindən azad olunub.
Mia.az xəbər verir ki, müvafiq əmrlə bu posta Fərid Osmanov gətirilib.
Yeni sədr indiyə qədər nazir Rəşad Nəbiyevin müşaviri olub.
O, bundan əvvəl isə 2020-2024-cü illərdə Azərbaycan Mərkəzi Bankının baş direktoru vəzifəsində çalışıb.
F.Osmanov Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsində bakalavr və magistratura səviyyələrini fərqlənmə diplomu ilə, həm də Universitetinin İnformatika və idarəetmə fakültəsini dünya iqtisadiyyatında informasiya texnologiyaları ixtisası üzrə bitirib, daha sonra Böyük Britaniyanın Mançester Universitetində magistr dərəcəsi alıb.
O, 2019-cu ildə Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 24 Yanvar 2025 01:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















