Nazir: Qeyri neft baza kəsirini azaltmaq böyük çağırışlar yaratsa da, biz bu istiqaməti qoruyuruq
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 4 noyabr, AZƏRTAC
Gələn il üçün ilk dəfə olaraq proqnoz göstəricilərində xərclərimizin təxminən 88 faizi vergi gəlirləri hesabına formalaşacaq. Növbəti illərdə isə bu göstəricinin sürətli şəkildə 100 faizə çatdırılması hədəflənir.
AZƏRTAC xəbər verir ki, bu sözləri maliyyə naziri Sahil Babayev Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı söyləyib.
Onu sözlərinə görə, hökumətin həyata keçirdiyi çoxsaylı işlər, tədbirlər və genişmiqyaslı islahatlar nəticəsində Azərbaycan öz cari xərclərinin, o cümlədən müdafiə xərclərinin təxminən 90 faizini məhz qeyri-neft gəlirləri hesabına maliyyələşdirir.
“Biz artıq ilk dəfə olaraq Azərbaycanın qeyri-neft baza kəsirini 19 faizə endirə bilmişik. İndiyədək bu göstərici həmişə 20 faizdən yuxarı olub. 2025-ci ilin proqnozu 22,4 faiz səviyyəsində idi, lakin biz onu 19 faizə qədər azalda bilmişik. Bu, çox müsbət və eyni zamanda çətin, lakin ciddi bir dinamikanı göstərir. Hökumət üçün bu, kifayət qədər böyük çağırışlar yaratsa da, biz bu istiqaməti qoruyub saxlayırıq və orta müddətli çərçivədə 2029-cu ilə qədər baza kəsirinin ÜDM-ə nisbətini 13 faizə endirməyi planlaşdırırıq”, - deyə S. Babayev vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 04 Noyabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















