Nazir: Təhsil xərclərinin ÜDM də payı artır, 2026 cı il üçün bu göstərici 3,7 faiz proqnozlaşdırılıb
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 13 noyabr, AZƏRTAC
Son 5 il ərzində dövlət büdcəsindən təhsil sektoruna ayrılan vəsait ilbəil artaraq 2021-ci illə müqayisədə 1,6 dəfə yüksəlib. Bu artımlar əsas etibarilə təhsil sahəsində çalışanların sosial vəziyyətinin yarşılaşdırılması tədbirləri çərçivəsində əməyin ödənişi xərclərinin maliyyələşdirilməsinə yönəldilib.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 13-də Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, eyni zamanda, təhsil xərclərinin ÜDM-də payı artım tendensiyasını qoruyaraq, 2023-cü ildən etibarən yüksəlməyə davam edib. 2026-cı il üçün bu göstərici 3,7 faiz səviyyəsində proqnozlaşdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 13 Noyabr 2025 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















