NBC News: Kirk 19 cu əsrdə hazırlanmış tüfənglə öldürülmüş ola bilər
Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
NBC News mənbələrə istinadən xəbər verir ki, amerikalı mühafizəkar fəal Çarli Kirki öldürməkdə ittiham olunan şəxs, ehtimal ki, 19-cu əsrdə hazırlanmış Mauser 98 tüfəngindən atəş açıb.
Turkustan.az xəbər verir ki, bu tüfəng şübhəli Tayler Ceyms Robinsonun babasına məxsus idi və 1960-cı ildən əvvəl ABŞ-a idxal edilmiş ola bilər. Bu o deməkdir ki, onun seriya nömrəsi olmaya bilər, bu da onu izləməyi çətinləşdirir.
31 yaşlı Kirk sentyabrın 10-da Yuta ştatının Orem şəhərindəki universitetdə çıxışı zamanı güllələnib. O, aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib. Mühafizəkar fəal, ABŞ prezidenti Donald Trampın tərəfdarı idi. Kirk də dəfələrlə Amerikanın Ukraynaya hərbi yardımına qarşı çıxıb.
Qətldə şübhəli bilinən Yuta sakini Tayler Ceyms Robinson sentyabrın 11-i axşam saatlarında həbs edilib. O, oğlunun etiraf etdiyi atası tərəfindən səlahiyyətlilərə təhvil verilib. Tramp Robinsonun bu işdə mühakimə olunacağına və ölüm cəzası alacağına ümid etdiyini bildirib. Yuta qubernatoru Spenser Koksun bildirdiyi kimi, səlahiyyətlilər Robinsonun təkbaşına hərəkət etdiyini düşünür.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 20 Sentyabr 2025 20:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















