Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

 Tramp “qalib” görüntüsü ilə geri çəkilmək istəyir Politoloq

 Tramp “qalib” görüntüsü ilə geri çəkilmək istəyir Politoloq

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

İranda da isə hakimiyyət böhranı yaşanır, müharibəni artıq generallar idarə edir

ABŞ, İran və İsrail arasında fevralın 28-də başlayan münaqişə artıq 38-ci gününü geridə qoyub. ABŞ ordusu hərbi obyektləri bombalamaqla yanaşı İranın neft-kimya zavodlarına da zərbələr endirir. SEPAH isə ABŞ-nin regiondakı bazalarına və İsrailin mühüm şəhərlərinə hücumları istensivləşdirib. Bununla paralel olaraq, Hörmüz boğazındakı gərginlik də həllini tapmayıb. ABŞ Prezidenti Donald Tramp boğazın açılması üçün İrana aprelin 8-dək vaxt verib. Əks təqdirdə onlara “əsl cəhənnəm” yaşadacağını bildirib. Tərəflər arasında münaqişənin kəskinləşməsi, digər ölkələri vasitəçilik təşəbbüsü göstərməyə vadar edir. Pakistan, əməliyyatların dayandırılmasına görə çərçivə sazişi hazırlayıb. Sazişdə, ikimərhələli yanaşma təqdim olunub. Birinci mərhələdə, atəşkəsin elan edilməsi, ikinci mərhələdə isə genişmiqyasılı razılaşmanın əldə olunması nəzərdə tutulub. Gündəmdə danışıqlardan bəhs edilsə də, Trampın sərt bəyanatları proseslərin hansı müstəvidə davam edəcəyini sual altında qoyur.

Mövzu ilə bağlı politoloq Elşad Həsənov Sherg.az-a bildirib ki, ABŞ Konqresində Trampın İrana qarşı həyata keçirdiyi müharibə strategiyasına ciddi etirazlar mövcuddur: 

“ABŞ Konstitusiyasına görə, dövlət başçısı hərbi əməliyyatlar aparmaq səlahiyyətinə malik olsa da, Konqresin icazəsi olmadan müharibə başlada bilməz. Ona görə də Tramp İranla toqquşmaya “hərbi əməliyyat” adı altında taktiki don geyindirir. 1973-cü il tarixli Müharibə Səlahiyyətləri Qətnaməsi prezidentə müəyyən hallarda hərbi əməliyyatlara başlamaq imkanı versə də, bunun üçün Konqresə məlumat verilməsi tələb olunur. Məlumat verilmədiyi və ya təsdiq alınmadığı halda, hərbi qüvvələr 60 gün ərzində geri çəkilməlidir”. 

Politoloqun sözlərinə görə qoyulan zaman tələbi ucbatından, Tramp özünü “qalib” elan edərək müharibədən çəkilmək istəyir:

“Rəsmi Tehran isə öz şərtlərinin qəbul olunmayacağı təqdirdə müharibəni dayandırmayacaqlarını bəyan edir. Həmin şərtlərə İrana qarşı hücumların təkrarlanmayacağına zəmanət verilməsi, müharibə zamanı dəyən ziyana görə kompensasiya ödənilməsi, eləcə də raket və nüvə proqramının dinc məqsədlər üçün davam etdirilməsi kimi məsələlər daxildir. Şərtlərin ağırlığı Vaşinqtonu yola gətirmir”. 

E.Həsənovun fikrincə, mövcud şəraitdə tərəflərin atəşkəs üçün müzakirələr aparacağına inanmaq çətindir:

“Bəzi mənbələr İranın ali dini rəhbəri Müctəba Xameneinin komaya düşdüyünü iddia edirlər. Əgər vəziyyət həqiqətəndə belədirsə, onun yerinə orduya başçılıq edənin kim olduğu sual altındadır. Prezident Pezeşkianın isə ordu üzərində təsir gücü yoxdur. Demək olar ki, müharibəni aparan SEPAH generallarıdır. Münaqişə uzandıqca, ölən generalların sayı da arıtır. Artıq ikinci dərəcəli generallar rəhbər çatışmazlığı səbəbindən ordunun əsas idarəedici qüvvəsinə çevriliblər”. 

İranda siyasi gücün mərkəzləşməməsi SEPAH-ı müharibəni dayandırmaqdan çəkindirir. 

“Görünən odur ki, hərbi əməliyyatlar yalnız Trampın güzəştlərinə və dəstəyinə əsasən həllini tapa bilər. Pakistanın vasitəçi ölkə kimi hazırladığı plan da özündə bunları əks etdirir. Əgər bu plan İranı qane etməsə, ABŞ Yaxın Şərqdə daha dağıdıcı hücumlara əl atacaq. Trampın “İranı cəhənnəmə çevirəcəm” mesajı, ağır silahların istifadəsinin yaxınlaşdığını göstərir. Hətta Tramp İrana təzyiqi artırmaq məqsədilə nüvə silahından istifadə etməyi də nəzərdən keçirə bilər. Bu addım nəinki İran digər ölkələrin də kabusuna çevriləcək. Tərəflər təhlükəli eskalasiyasını nəzərə alıb, tezliklə danışıqlar masasına oturmalıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Aprel 2026 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri