Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

NDU da “Orqanik və dayanıqlı kənd təsərrüfatı: Ekoloji tarazlıq və dayanıqlı inkişaf” I Respublika Elmi konfransı keçirilib

NDU da “Orqanik və dayanıqlı kənd təsərrüfatı: Ekoloji tarazlıq və dayanıqlı inkişaf” I Respublika Elmi konfransı keçirilib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Naxçıvan, 4 iyun, AZƏRTAC

İyunun 4-də Naxçıvan Dövlət Universitetində “Orqanik və dayanıqlı kənd təsərrüfatı: Ekoloji tarazlıq və dayanıqlı inkişaf” I Respublika Elmi konfransının açılışı olub.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Konfransda rektor Elbrus İsayev müasir dövrdə qlobal iqlim dəyişikliyinin xüsusilə kənd təsərrüfatında yeni yanaşmalara, tədqiqatlara ehtiyac yaratdığını bildirib. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda kənd təsərrüfatı istiqamətində yer alan orqanik məhsulların təbliğinin bu gün keçirilən konfransın da əsas müzakirə obyekti olduğunu qeyd edib.

Rektor konfransın ənənəvi kənd təsərrüfatı sahələrini elmi baxımdan zənginləşdirmək mahiyyəti daşıdığını vurğulayıb. Eyni zamanda tədbirin tələbələrin, gənc tədqiqatçıların, mütəxəssislərin diqqətini ekoloji dayanıqlı istehsal üsullarına yönəldilməsində mühüm platforma rolunu oynadığını ifadə edib. Gələcəkdə konfransda orqanik məhsullardan ibarət sərgi nümayişinin nəzərdə tutulduğu bildirilib.

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Rafail Quliyev konfransı aktual məsələlərdən biri olan qida təhlükəsizliyi və bunun orqanik məhsullar üzrə təmini məsələsinə həsr olumasını yüksək dəyərləndirib. Qeyd edib ki, muxtar respublikanın münbit torpaqları, iqlim zənginliyi burada keyfiyyətli kənd təsərrrüfatı məhsullarının istehsalına geniş imkanlar yaradır. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda, 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planında kənd təsərrüfatının inkişafı ilə bağlı mühüm vəzifələr müəyyənləşdirilib.

Nazir vurğulayıb ki, muxtar respublikada orqanik məhsulların istehsalının artırılması, əhali arasında təbliği, eyni zamanda, “Orqanik Naxçıvan” publik hüquqi şəxsin bu istiqamətdə fəaliyyətinin genişləndirilməsi perspektivdə duran məsələlərdir.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev bildirib ki, kənd təsərrüfatı təkcə ərzaq təminatının əsası deyil, eyni zamanda, dayanıqlı iqtisadi inkişafın qorunmasının vacib komponentlərindən biridir. Bu mənada konfransın mövzusu olduqca aktualdır. Nazir “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın “Kənd təsərrüfatı məhsulları istehsalının və emalının inkişafı” prioritetində “Bölgə üçün spesifik və orqanik kənd təsərrüfatı məhsullarının brendləşdirilməsi, təbliği, orqanik məhsulların xarici bazarlara ixracının təşviqi” məsələsinin nəzərdə tutulduğunu vurğulayıb. Yerli sahibkarların məhsullarının bazar mövqeyinin möhkəmləndirilməsində və onların biznes əlaqələrinin genişləndirilməsində İqtisadiyyat Nazirliyi tərəfindən dəstək göstərildiyini qeyd edib.

Konfransda Botanika İnstitununun baş direktoru, professor Səyyarə İbadullayeva, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov, Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkbərov və Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli çıxış ediblər. Çıxışlarda konfransın Naxçıvanın coğrafi iqlim və kənd təsərrüfatı ənənələri baxımından orqanik məhsulların istehsalında gözləntilərin yüksək olduğunu vurğulanıb, ümumilikdə, ölkə üzrə bu məsələdə elmi tədqiqatların, təkliflərin əsas tutulmasının vacibliyi diqqətə çatdırılıb.

Sonra Naxçıvan Dövlət Universiteti ilə Genetik Ehtiyatlar İnstitutu arasında, Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası arasında əməkdaşlıq müqavilələri imzalanıb.

Konfransın keçirilməsində göstərilən təşkilatı dəstəyə görə tərəfdaş üzvlərə rektor Elbrus İsayev tərəfindən plaketlər təqdim edilib. Naxçıvan Dövlət Universitetinin əməkdaşları Təbiətşünaslıq və Kənd Təsərrüffatı fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Bəhruz Məmmədova və Baytarlıq təbabəti kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Mahir Məhərəmova yüksək təşkilatçılığa görə təşəkkürnamələr verilib.

Sonda bədii kompozisiya nümayiş etdirilib.

İki gün davam edəcək konfransa ölkəmizin, Türkiyənin və Norveçin müxtəlif ali təhsil, elmi-tədqiqat və tətbiqi yönümlü müəssisələrindən, ümumilikdə, 26 təşkilat qoşulub. 172 elm adamı tərəfindən 108 elmi məqalə təqdim olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2025 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see287

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see218

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see208

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see206

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see201

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see191

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see188

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see177

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see159

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see155

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see154

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see153

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri