Icma.az
close
up
RU
Neapoldan xal gətir, “Qarabağ”!

Neapoldan xal gətir, “Qarabağ”!

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

...Və budu, gözlənilən gün gəlib çatdı! “Qarabağ” bu gecə Çempionlar Liqasının liqa mərhələsində növbəti oyuna çıxacaq.

“Napoli”nin qonağı olacaq Ağdam təmsilçisi Neapol səfərindən azı bir xalla qayıtmağa çalışacaq. Final fitinə qədər döyüşəcək, tər tökəcək, necə deyərlər, canını dişinə tutacaq. Heç şübhəsiz, oyun Bakıda keçirilsəydi, Tofiq Bəhramov adına Respublika stadionu azarkeşlərlə dolub-daşacaqdı. Ancaq indi “Qarabağ”a yalnız evdə, küçədə, kafe və restoranlarda “İctimai TV”nin efirini izləməklə dəstək ola bilərik. Çünki matçı məhz bu telekanal canlı yayınlayacaq.
Çempionlar Liqası
liqa mərhələsi, 5-ci tur
Napoli (İtaliya) – Qarabağ

Hakimlər: ŞİMON MARTSİNYAK, Tomaş Listkieviç, Adam Kupsik, Voytsex Muk (hamısı Polşa).
VAR hakimi: Pol van Bukel (Niderland).
VAR hakiminin köməkçisi: İvan Bebek (Xorvatiya).
25 noyabr. Neapol. “Dieqo Maradona” stadionu. Saat 00.00.
Liqa mərhələsini ilk “24-lük”də bitirmək xəyalıyla yola çıxan “köhlən atlar” hazırda 15-ci sıradadı. Bu o deməkdi ki, hələ ümid var! Zarafat deyil, Qurban Qurbanovun komandası bu yerə “Benfika”, “Kopenhagen” və “Çelsi” kimi rəqiblərdən xallar qoparmaqla gəlib. İndi dünyaca məşhur futbol mütəxəssisləri də “Qarabağ”dan bəhs edir, uğurlarının təsadüfi olmadığını vurğulayır. Bu o deməkdi ki, Ağdam təmsilçisi qüvvətini, qüdrətini növbəti dəfə beynəlxalq arenada göstərə, nəyə qadir olduğunu sübut edə bilər. Aciz deyilik!
Ümumiyyətlə, “Qarabağ” tarixinin ən güclü dönəmini yaşayır. “Köhlən atlar” bundan sonra Çempionlar Liqasında hansısa uğur qazanmasa belə, 2025/26 mövsümü nəinki klubun, ölkəmizin futbol tarixində qızıl hərflərlə yazılacaq. Odu ki, bu gün itiriləsi nəsə yoxdu! Bu gün uduzmaq haqda düşünmək olmaz!
Bəli, söhbət İtaliya nəhəngindən gedirsə, çox söz demək mümkündü. Ancaq “Qarabağ”, xüsusən Qurban Qurbanov nəyi və necə edəcəyini hamıdan yaxşı bilir. Axı onsuz da komandada hər şey, demək olar ki, qaydasındadı. Sadəcə, Kadi Borges zədəlidi ki, onun yerinə Xoni Montiel sifariş ərizəsinə salınıb. 1100 “Qarabağ” azarkeşini də unutmayaq. Hər halda, təmsilçimiz Neapolda dəstəksiz qalmayacaq. Qalan məsələlərə isə yaşıl meydanda aydınlıq gələcək.
Rəqibə gəlincə, “Napoli” deyəndə, əlbəttə, stajlı futbolsevərlərin ağlına dərhal əfsanəvi futbolçu Dieqo Maradona gəlir. Düzdü, bu gün həmin Maradonanın ölümünün beşinci il dönümüdü və rəqib mümkün qələbəni məhz onun xatirəsinə həsr etmək istəyir. Lakin qorxulacaq nəsə yoxdu! Çünki bugünkü Neapol təmsilçisi o qədər də uğurlu deyil.
Əvvəla “Qarabağ”ın şanslarını artıran məqamlara yer verək. Belə ki, komandanın aparıcı futbolçularından Romelu Lukaku, Kevin De Brüyne, Andre Zambo-Anqissa, Aleks Meret, Leonardo Spinatsola və Billi Gilmor zədəli, Lorentso Lukanın isə qırmızı vərəqə cəzalısı olduğundan, “köhlən atlar”a qarşı matçı buraxacaqlar. Bu səbəbdən “Napoli”nin baş məşqçisi Antonio Kontenin ənənəvi start heyətində dəyişikliklər edəcəyinə şübhə yoxdu.
“Napoli” hazırda ÇL-də 36 iştirakçı arasında 24-cü pillədədi. “Mançester Siti” və PSV-yə uduzan komanda yeganə qələbəsini “Sportinq” üzərində qazanıb. Neapolluların Frankfurt “Ayntraxt”ı ilə matçı isə qolsuz yekunlaşıb. Bu üzdən “Napoli”nin “doğma divarlar” arasında qələbəyə ehtiyacı var. İş ondadı ki, istənilən halda italyanlara yuxarıdan aşağı baxmaq haqqımız yoxdu. Bunu ona görə demirik ki, “Çelsi” 2017/18 mövsümündə “Qarabağ”a 6:0 və 4:0 hesablarıyla qalib gələndə baş məşqçisi Konte idi. Ona görə deyirik ki, “Transfermarkt”a görə 503,3 milyon avro dəyəri olan klub tarixində 4 dəfə A seriyasının, 6 dəfə ölkə kubokunun, 2 dəfə ölkə superkubokunun, 1 dəfə isə UEFA kubokunun (indiki Avropa Liqası) qalibi olub. Sadəcə, bu gün həmin uğurlar yox, məhz 90 dəqiqə ərzində göstərilən performans önəmlidi.
“Qarabağ”ın bizə növbəti tarixi uğuru qazandıracağına olan inamımıza söykənib, futboldan zövq ala bilərik.
Uğurlar, “Qarabağ”! Xalla qayıt, ha!
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 Noyabr 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1393

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see677

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see533

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see522

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see469

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see446

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see434

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see422

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see401

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see360

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see343

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see287

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see281

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see278

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see262
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri