Icma.az
close
up
RU
Neft bazarında kritik durum Qiymətlər belə olacaq

Neft bazarında kritik durum Qiymətlər belə olacaq

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Venesuela Prezidenti Nikolas Maduronun tutulmasından sonra investorları düşündürən ən vacib suallardan biri də məhz bu hadisənin strateji məhsulların qiymətinə necə təsir göstərməsidir. 

Maduronun tutulması neftin qiymətlərinə necə təsir göstərəcək?

Globalinfo.az xəbər verir ki, bu barədə danışan deputat, iqtisadçı Vüqar Bayramovun sözlərinə görə, bir neçə ssenari üzrə proqnozlar var.

O bildirib ki, ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, gündəlik 1.098 milyon barel istehsalı ilə Venesuela neft hasilat edən ölkələr arasında 18-ci yerdədir:

“EİA bütövlükdə neft hasilatının 72 faizinin 10 ölkənin payına düşdüyünü açıqlayır. “Trading Economics” eyni olmasa da, oxşar nəticəni bölüşür: 1.142 milyon gündəlik hasilat ilə siyahıda 17-ci pillə. Məsələnin digər tərəfi, Venesuelanın neft ixrac edən ölkələr arasında ilk 20-likdə yer almamasıdır. Belə ki, bu ölkə dünya bazarına 438 min barel neft çıxarmaqla ixracatçı ölkələr arasında 22-ci pillədə qərarlaşıb. Neft ixracatının az olması isə təbii ki, Venesuelaya tətbiq edilən sanksiyalarla bağlıdır. 2024-cü ildə dəyər ifadəsində neft ixracatının 15.2 faizi Səudiyyə Ərəbistanının payına düşüb. İlk beşliyi Rusiya (9.7 %), ABŞ (9.4 %), Birləşmiş Ərəb Əmirliyi (9.1 %) və Kanada (8.5 %) tamamlayırlar”.

Millət vəkili qeyd edib ki, kəşf edilən neft ehtiyatlarının 18.2 faizi Venesuelanın payına düşür:

“Dördülüyü Səudiyyə Ərəbistanı (16.2 faiz), Kanada (10.4 faiz) və İran (9.6 faiz) tamamlayırlar. Bu isə o deməkdir ki, Venesuelanın neft ehtiyatlarının ABŞ tərəfindən istismar edilməsi yaxın gələcəkdə bazara böyük həcmdə neftin daxil olmasına və təklifin kəskin artmasına səbəb olacaq. Bu isə bazardakı qiymətlər üçün isti nəsə vəd etmir. Müqayisə üçün qeyd edim ki, ABŞ sərmayəsinin İraq neft sektoruna daxil olmasından sonra hasilatı kəskin artıran İraq hazırda dəyər ifadəsində ümumi neft ixracatının 8.0 faizini formalaşdırır. Bununla belə, kəskin təklif ssenarisinin reallaşmasının zaman alacağı istisna deyil. Çünki Venesualının neft infrastrukturunun texnoloji baxımdan yenidən qurulması sadəcə vəsait deyil, həmçinin zaman tələb edir. Bu isə, Venesueladan bazara daxil olacaq böyük neft kütləsi üçün əlavə vaxt deməkdir”.

V.Bayramov əlavə edib ki, digər ssenari Venesuelada potensial xaos riskidir:

“Bu halda neft bazarı proseslərə fərqli reaksiya verəcək. Bununla yanaşı, bu halda belə neft qiymətlərində kəskin artım gözlənilmir. Çünki Venesuelanın mövcud hasilat və ixracatı bazara xüsusi təsir etmir. Hətta o ixrac azalsa da, bu, qiymət artımları üçün zəmin yaratmır. Bütün bunlar isə deməyə əsas verir ki, hətta qısa müddətdə olmasa da belə, orta müddətdə neftin qiymətlərində hiss edilən azalmalar qaçılmazdır. Bu isə neft gəlirlərinin iqtisadiyyatın diversifikasiya nəticəsində digər mənbələr ilə əvəzlənməsi prioritetliyini daha da artırır”.

Əliyar Xəlil
Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Yanvar 2026 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri