Neftçi nin bir milyon vermək istəmədiyi futbolçunun dəyəri beş dəfə artıb
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Neftçi"nin sabiq hücumçusu Mateus Saldanya karyerasını Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Vasl" klubunda davam etdirəcək.
Oxu.Az xəbər verir ki, onun transferi Macarıstan təmsilçisi "Ferentsvaroş"a beş milyon avroluq gəlir gətirib. Halbuki "Ferentsvaroş" 25 yaşlı forvardı ötən il Serbiya "Partizan"ından üç milyon avroya almışdı.
Saldanyanın daha əvvəlki transferi isə 1.3 milyon avroya reallaşmışdı. 2023-cü ilin yayında "Partizan" Yaponiya klubu "Cef Yunayted"ə bu qədər pul ödəmişdi.
Həmin ilin ilk yarısında icarə əsasında "Neftçi"də çıxış edən Saldanya üçün bakılılardan bir milyon avro tələb olunmuşdu. "Neftçi"nin iki il əvvəl bir milyon avroya almaqdan imtina etdiyi bombardir futbolçu ildən-ilə dəyərini artırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 15 İyul 2025 09:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















