“Neftçi”nin futbolçusu bu xəbərdən ŞOK oldu, məhkəməyə baş vuracaq! SON DƏQİQƏ
Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.
“Neftçi”nin futbolçusu Elvin Camalovla keçmiş klubu “Sabah” arasında yaşanan münaqişədən xəbərdarsınız.
Azərbaycan millisinin də şərəfini qoruyan yarımmüdafiəçinin aprelin 2-də baş tutan “Neftçi” – “Sabah” görüşündən sonra qonaqların futbolçusu ilə əlaqə saxlamasına dair fakt “Sabah” rəhbərliyinə təqdim olunub.
Camalov keçmiş komanda yoldaşına mövsümün sonunda “Neftçi”yə keçməyi təklif edib və bununla bağlı ona iki dəfə müraciət edib.
“Sabah” rəsmiləri Elvinin üzr istəməsi üçün bir neçə gün gözlədikdən sonra rəsmi bəyənat yayıb.
Bəyanatda məsələ ilə bağlı AFFA-ya müraciət olunması qeyd olunub, bu cür davranışın futbolçuların statusu və transfer qaydalarının ciddi şəkildə pozulması kimi qiymətləndirilib.
“Sabah”ın yaydığı bəyənat Camalova xoş gəlməyib.
O, bəyanatda yazılan bəzi ifadələrin işgüzar nüfuzuna xələl, imicinə zərbə və özünə qarşı böhtan atılmaq cəhdi kimi dəyərləndirərək məhkəməyə müraciət etmək qərarına gəlib.
Hazırda bu yöndə iş gedir.
Bizdə olan məlumata görə, Elvin əlaqə saxladığı futbolçudan müqaviləsinin müddətini soruşub, gələcək planları ilə maraqlanıb. \\SPORTİNFO.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 10 Aprel 2025 23:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















